Icma.az
close
up
RU
Menu

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Səudiyyə Ərəbistanı Somali və Misirlə hərbi ittifaq yaradacaq...

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

“Subway Surfers” 14 il sonra qayıdır

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

Ukrayna müharibəsinin xarakteri dəyişdi: Kim kimi vuracaq?

Ukrayna müharibəsinin xarakteri dəyişdi: Kim kimi vuracaq?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin Amerika istehsalı olan ATACMS  və Böyük Britaniya istehsalı olan “Storm Shadow” raketlərindən istifadə ilə bağlı xəbərdarlıq edib.

O bildirib ki, bu, münaqişəni yalnız Ukrayna ilə məhdudlaşdırmayacaq:

“Bu, artıq qlobal xarakter daşıyır”. 

Məsələ burasındadır ki, 2024-cü ilin noyabrın 19-da Ukrayna, ATACMS (ABŞ), “Storm Shadow” (Böyük Britaniya) və HIMARS raket sistemləri ilə Rusiyanın Briansk və Kursk bölgələrinə hücum edib. Bu, vəziyyəti daha da gərginləşdirib.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, bu hadisə ilə regionda başlayan münaqişə artıq qlobal xarakter alıb. Kremlin fikrincə, Qərb bu addımlarla Rusiyanı cavab verməyə təhrik edir. Bu isə münaqişənin böyüməsinə və beynəlxalq təhlükəsizliyə ciddi təhdidlərə səbəb ola bilər. Rusiya tərəfi qeyd edir ki, silah yardımı yalnız Ukraynanı döyüşlərdə dəstəkləmir, həm də Qərbi bu münaqişəyə ortaq edir.

Ukraynaya verilən dəstəyin siyasi müzakirəsi xüsusilə ABŞ-də geniş dairədə aparılır. Cənubi Dakota ştatının respublikaçı senatoru Mayk Raunds Donald Trampın əsas tərəfdaşı kimi Rusiya ilə danışıqlara qarşı olduğunu bildirib. Raunds Rusiya ilə hər hansı bir razılaşmanın  “zəiflik" kimi qəbul ediləcəyini və nəticədə Ukrayna məsələsinin daha da mürəkkəbləşəcəyini vurğulayıb. Onun fikrincə, Rusiya ilə danışıq münaqişənin uzanmasına səbəb olacaq.

Münaqişədəki ən vacib aspektlərdən biri də nüvə təhlükəsidir. Rusiya dəfələrlə nüvə silahı istifadə etməyəcəyini bildirsə də, bu təhlükə hələ də qalır. ABŞ-li general Ben Hodges Rusiyanın nüvə müharibəsi başlatmaq niyyətində olmadığını söyləyib. 

Bu vəziyyət göstərir ki, Qərb Ukraynanı müdafiə etməklə Rusiyanı təhdid altında saxlayır. Bu isə  daha geniş bir müharibənin başlanmasına səbəb ola bilər.

Münaqişənin sülh yolu ilə həlli mümkündür, lakin hazırda bu perspektiv çox qeyri-müəyyəndir. Rusiya Ukraynanın və dost ölkələrin vətəndaşlarına hücum hədəflərinə çevrilən bölgələri tərk etmək üçün təkliflər verməyə hazır olduğunu bildirib. 

Rusiya tərəfi Qərbdən Ukraynaya silah yardımını dayandırmasını tələb edir. Bu yardımın yalnız Ukraynanın müharibə zamanı dəstəklənməsinə deyil, həm də münaqişənin daha da genişlənməsinə və daha çox mülki əhaliyə zərər verməsinə səbəb olduğu vurğulanır. Bildirilir ki, Qərb silah yardımlarını dayandırarsa, münaqişənin sülh yolu ilə bitməsi ehtimalı artar.

Son dövrlər Rusiyanın hərbi - siyasi ritorikası da sərtləşib. Prezident Putin Rusiyanın hər hansı bir hadisəyə cavab vermək üçün tam hazır olduğunu vurğulayıb. Bu, Qərbə  açıq  xəbərdarlıqdır və Rusiyanın vəziyyəti hərbi, siyasi və strateji baxımdan ciddi şəkildə idarə etdiyini göstərir. Ukrayna tərəfi isə beynəlxalq dəstəyin davamını tələb edir. 

Rusiyalı politoloq, siyasi şərhçi, jurnalist, Ali İqtisadiyyat Məktəbinin Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktor müavini Dmitri Suslov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Qərbin uzunməsafəli raketləri ilə Rusiyanın beynəlxalq səviyyədə tanınan ərazisinə zərbə endirilməsinin bir neçə nəticəsi olacaq.

Bunlar münaqişənin daha da gərginləşməsi, Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinin çətinləşməsi və Trampın başlatmaq istədiyi sülh danışıqlarının əngəllənməsidir. Onun sözlərinə görə, mövcud administrasiya Trampın istədiyi danışıqları pozmağa çalışır.

Yəni, indiki administrasiya gələcək Tramp administrasiyasına maneə törədir:

"Bundan əlavə, bu zərbələrin ən mühüm nəticəsi Qərbin müharibəyə birbaşa cəlb olunmasıdır. Ukrayna münaqişəsinin xarakteri, özü dəyişir. Artıq bu, Rusiya və Qərb arasındakı proksi (vasitəçi) münaqişəsi olmur, birbaşa Rusiya və Qərb arasında münaqişəyə çevrilir. Çünki indiki halda Qərb birbaşa Rusiyanın beynəlxalq səviyyədə tanınan ərazisinə hücum edir.

Bu zərbələrə Rusiyanın cavab tədbiri müasir «Oreşnik» ortamənzilli hipersəs raketinin nümayişidir. Bu nümayiş göstərdi ki, Rusiyanın bütün Avropanın istənilən nöqtəsinə çata bilən və mövcud raket müdafiə sistemləri tərəfindən heç cür dayandırıla bilməyən raketləri var. Beləliklə, Moskva Qərbə bir mesaj göndərdi ki, əgər zərbələrin sayını artırsa, Rusiya müəyyən bir mərhələdə Avropa ölkələrinə, o cümlədən ABŞ-nin Avropadakı hərbi obyektlərinə «Oreşnik» tipli orta və qısamənzilli raketlərlə zərbə endirməyə məcbur olacaq".

Ekspert bunu Rusiyanın yaxınlarda qəbul etdiyi yeni nüvə doktrinası ilə əlaqələndirib. O qeyd edib ki, yeni doktrina nüvə silahlarının istifadəsi ilə bağlı həddi əhəmiyyətli dərəcədə azaldır. Eyni zamanda, Rusiyanın nüvə silahı istifadə edəcəyi halları artırır: 

"Beləliklə, Rusiya Qərbə açıq mesaj göndərir ki, raket zərbələrinin davam etməsi Rusiya tərəfdən NATO ölkələrinin hərbi obyektlərinə raket zərbələri ilə nəticələnə bilər. Əgər NATO Rusiyaya raket hücumu edərsə, bu, nüvə müharibəsinə səbəb ola bilər.

Bu baxımdan, Qərb Rusiyanın ərazisinə zərbə endirmək qərarını yenidən nəzərdən keçirməli və gərginliyi daha da artırmamalıdır”.

Səbinə Uğur
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Noyabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see255

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see235

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see161

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see134

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see133

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see133

Səudiyyə Ərəbistanı Somali və Misirlə hərbi ittifaq yaradacaq...

16 Yanvar 2026 20:52see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see132

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see128

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see127

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri