“Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq”
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
“Ukrayna münaqişəsini həll etmək mümkün olacaq, lakin artıq Zelenskisiz”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Newsmax”a müsahibəsində bildirib.
Rusiyanın neft emalı zavodlarına zərbə endirilməməsi ilə bağlı xahişlərinin nəticəsiz qalması barədə danışan ABŞ lideri Ukrayna Prezidenti Volodimir Zelenski ilə işləməyin çətin olduğunu söyləyib: “Düşünürəm ki, Zelenski ilə münasibət qurmaq Putinlə münasibət qurmaqdan daha çətindir”.
Tramp Zelenskinin bu münaqişənin həll edilməsini istəmədiyini iddia edib: “O sülh yolu ilə həll istədiyini deyir, lakin bunlar sadəcə sözlərdir. Mən özümü Zelenskinin böyük pərəstişkarı adlandıra bilmərəm, onlar bu ölkəni məhv ediblər. Düşünürəm ki, bu və ya digər formada həll yolu tapacaqlar. Lakin bu onsuz olacaq, çünki münaqişənin həll edilməsini istəmir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 16 Oktyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















