Icma.az
close
up
RU
“Ukrayna növbəti addımlara hazırdır” Sıbıqa Rubbio ilə mühüm görüşdən danışıb

“Ukrayna növbəti addımlara hazırdır” Sıbıqa Rubbio ilə mühüm görüşdən danışıb

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ dövlət katibi Marko Rubbio bazar ertəsi Ukraynanın xarici işlər naziri Andrey Sıbıqa və Avropa ölkələrinin diplomatları ilə danışıqlar aparıb. Danışıqlarda Ukraynada müharibənin dayandırılması üçün göstərilən səylər müzakirə olunub.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat verilib.

“Dövlət katibi, xarici işlər nazirləri və Avropa İttifaqının yüksək nümayəndəsi, münaqişənin diplomatik danışıqlar yolu ilə davamlı həllini əldə etmək məqsədilə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər”, – deyə məlumatda qeyd olunur.

Ukraynanın xarici işlər naziri Andrey Sıbıqa bu görüşlə bağlı “X” sosial şəbəkəsində paylaşım edib: “Mən ABŞ tərəfindən təşkil olunmuş, Ukraynaya sülh yolu və təhlükəsizlik təminatları mövzusuna həsr olunmuş mühüm görüşdə iştirak etdim. Dövlət katibi Rubbioya səylərinə, Prezident Trampa isə sülhyaratma liderliyinə görə təşəkkür edirəm”, – deyə o bildirib.

Sıbıqa, Ukraynanın mövqeyini bir daha vurğulayaraq bildirib ki, təhlükəsizlik təminatları “konkret, hüquqi cəhətdən məcburi və effektiv” olmalıdır: “Bu təminatlar hərtərəfli olmalıdır – hərbi, diplomatik, hüquqi və digər səviyyələri əhatə etməlidir. Hamımız əminik ki, Ukrayna ordusu bu təminatların təməlini təşkil edir. Buna görə onun gücləndirilməsi bizim əsas prioritetimizdir”, – deyə o əlavə edib.

Nazir qeyd edib ki, Ukrayna sülhə doğru növbəti addımlara hazırdır: “Liderlər səviyyəsində istənilən formatda və coğrafiyada görüşlərə hazırıq. Biz qətllərə son qoymağa və diplomatiyaya şans verməyə hazırıq”, - deyən Sıbıqa eyni zamanda, xəbərdarlıq edib ki, əgər Rusiya vaxtı uzadacaq və sülhə doğru əhəmiyyətli, konstruktiv addımlardan imtina edəcəksə, “bu, nəticəsiz qalmayacaq: sanksiyalar ciddi şəkildə sərtləşdiriləcək və Ukraynanın müdafiə potensialı daha da gücləndiriləcək”.

Görüşdə Finlandiyanın xarici işlər naziri Elina Valtonen, Fransadan Jan-Noel Barro, Almaniyadan Yohan Vadeful, İtaliyadan Antonio Tayani, Polşadan Radoslav Sikorski, Böyük Britaniyadan Devid Lemmi və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas da iştirak ediblər.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə dair bir sıra yeni bəyanatlar səsləndirmişdi. Onun sözlərinə görə, bu müharibə dayandırılacaq. Bununla belə, təhlükəsizlik təminatlarının detalları hələlik müzakirə edilməyib.

Trampın xüsusi nümayəndəsi Kit Kelloq isə qeyd edib ki, Tramp administrasiyası müharibəyə başlamaq və onu davam etdirməkdən daha çətin olanın onu bitirmək olduğunu anlayır. O, ümid etdiyini bildirib ki, bir ildən sonra, 2026-cı ildə qeyd olunacaq növbəti Müstəqillik Gününə qədər Ukrayna artıq sülh içində olan fərqli bir ölkə olacaq.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Avqust 2025 08:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri