Icma.az
close
up
RU
Putin müharibəni gücləndirir və Qərbi sınaqdan keçirir Sıbıqa

Putin müharibəni gücləndirir və Qərbi sınaqdan keçirir Sıbıqa

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukraynaya kütləvi hücum zamanı Polşaya uçan rus pilotsuz təyyarələri Rusiya rəhbəri Vladimir Putinin əvvəlki cinayətlərinə görə layiqincə cəzalandırılmadığı üçün onun cəzasızlıq hissinin artmaqda davam etdiyini göstərir.

Bizimyol.info xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sıbıqa deyib.

“Putin gərginliyi artırır, müharibəni genişləndirir və Qərbin səbrini yoxlayır. O, cavab olaraq güc görmədikcə daha da aqressivləşir. Hazırda zəif reaksiya vermək Rusiyanı daha da cəsarətləndirəcək, nəticədə rus raketləri və dronları daha da irəli, Avropanın dərinliklərinə qədər gedəcək”, – deyə o bildirib.

Onun sözlərinə görə, bu vəziyyət artıq qərar verməyin vaxtının çatdığını göstərir – elə bir qərar ki, bu, qonşu ölkələrin hava hücumundan müdafiə sistemlərindən istifadə etməyə imkan versin. Beləliklə, NATO sərhədlərinə yaxınlaşan dron və raketlər Ukrayna hava məkanında vurula bilər.

Sıbiga vurğulayıb ki, Ukrayna bu addımı çoxdan təklif edir və bu, kollektiv təhlükəsizlik naminə atılmalıdır. Eyni zamanda, nazir qeyd edib ki, bu, tərəfdaşlara da bir çağırışdır – Ukraynanın hava hücumundan müdafiə sistemlərini təcili şəkildə gücləndirmək və artmaqda olan rus raket-dron hücumlarından daha effektiv müdafiə qurmaq lazımdır.

“Bundan əlavə, sanksiyalar da gecikmədən sərtləşdirilməlidir. Putin sülh danışıqlarını yalnız ciddi transatlantik təzyiq hiss etdikdə ciddiyə alacaq. Rusiya hərbi maşını dayandırılmalıdır və bu yalnız güclə mümkündür, zəifliklə deyil”, – deyə Sıbiga əlavə edib.

Verilən məlumata görə, Polşanın Baş naziri Donald Tusk təsdiqləyib ki, gecə saatlarında ölkənin hava məkanını pozan obyektlər ordunun müdaxiləsi ilə zərərsizləşdirilib. Tusk təhlükəsizliklə bağlı vəziyyətə görə təcili hökumət iclası çağırıb.

Eyni zamanda, o, Polşa hava məkanını pozan obyektlərin konkret olaraq Rusiya dronları olduğunu açıq şəkildə deməyib. O bildirib ki, ölkə prezidenti Karol Navrotski vəziyyətdən xəbərdardır.

Daha sonra Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı açıqlama verərək təsdiqləyib ki, ölkənin hava məkanını məhz Rusiya dronları pozub. Silahlı Qüvvələrin Operativ Komandanının əmri ilə “dərhal müdafiə prosedurlarına başlanılıb”.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Sentyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri