Icma.az
close
up
RU
Ukrayna nümayəndə heyəti İstanbulda Ağır zərbə alan Rusiya da danışıqları davam etdirir Video

Ukrayna nümayəndə heyəti İstanbulda Ağır zərbə alan Rusiya da danışıqları davam etdirir Video

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andriy Kovalenko bildirib ki, ölkəsi Rusiyanın hərbi hava bazalarına təşkil edilən dron hücumu zamanı azı 13 təyyarəni məhv edib. Həmçinin bir sıra digər hərbi təyyarələrə də ciddi ziyan vurulub.

Bizimyol.info xəbər verir ki, "The Guardian"ın verdiyi məlumata görə, Ukrayna iddia edir ki, ölkə ərazisindən minlərlə kilometr uzaqda yerləşən dörd hərbi hava bazasına endirilən hücumlar nəticəsində ümumilikdə 40-dan çox təyyarə vurulub. Bu zərbələrə Rusiyanın Ukrayna şəhərlərinə raket hücumları üçün istifadə etdiyi "Tu-95" və "Tu-22" tipli strateji bombardmançıları da daxildir. Rəsmi məlumatlara görə, zərər dəymiş təyyarələrin dəyəri təxminən 7 milyard dollar təşkil edir.

Ukraynalı rəsmilər əməliyyatın “Spiderweb” (Hörümçək Toru) kod adı ilə 18 aydan artıq bir müddətdə planlaşdırıldığını və dronların Rusiyada hərbi aerodromlara yaxın ərazilərdəki yük maşınlarından buraxıldığını bildiriblər. Prezident Valadimir Zelenski əməliyyatı “parlaq uğur” adlandırıb və qeyd edib ki, bütün hərbi hədəflər əvvəlcədən müəyyən edilib. O, əlavə edib ki, əməliyyatda iştirak edən şəxslər artıq Rusiyadan çıxarılıb və təhlükəsiz yerdədirlər. Rusiya isə bir neçə şübhəlinin saxlandığını açıqlayıb.

İstanbulda sülh danışıqları: ikinci cəhd

Ukrayna nümayəndə heyəti bazar ertəsi günü Rusiya rəsmiləri ilə görüş üçün İstanbula gəlib. Bu, 2022-ci ildən bəri tərəflər arasında keçirilən ikinci birbaşa sülh danışıqlarıdır. Görüşün əsas məqsədi müharibəyə son qoymaq üçün mümkün yol xəritəsinin müzakirəsidir. Ukrayna tərəfinin məlumatına görə, müdafiə naziri Rustem Umerov danışıqlarda iştirak edəcək.

Tərəflərin görüşdə öz sülh təkliflərini əks etdirən sənədləri təqdim edəcəyi gözlənilir. ABŞ-ın sabiq təhlükəsizlik müşaviri Kit Kellogun sözlərinə görə, tərəflər razılaşma şərtlərini yazılı şəkildə təqdim etməyə razılaşıblar. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski isə Ukraynadan sülhə dair memorandum aldıqlarını təsdiqləyib. Ukrayna Prezidenti Zelenski isə əvvəlki günlərdə Rusiyanın təklif sənədi təqdim etmədiyini söyləmişdi.

İstanbulda Çırağan Sarayında keçirilən görüş ərəfəsində ərazidə ciddi təhlükəsizlik tədbirləri görülüb.

Rusiya daxilində partlayışlar və körpü fəlakətləri

Bazar günü Rusiyanın sərhəd bölgələri olan Kursk və Bryansk vilayətlərində iki körpünün partladılması nəticəsində qatarlarda qəza baş verib. Bryansk vilayətində sərnişin qatarının relsdən çıxması nəticəsində azı 7 nəfər ölüb, onlarla insan yaralanıb. Kurskda isə yük qatarı qəzaya uğrayıb, bir nəfər xəsarət alıb. Rusiya istintaq orqanları hadisələri terror aktı kimi qiymətləndirir.

Ukrayna ordusunda istefa: general məsuliyyət hiss etdi

Ukrayna Quru Qoşunlarının komandanı, general-mayor Mixaylo Drapati bazar günü istefa verdiyini açıqlayıb. Səbəb olaraq, Rusiya tərəfindən Ukraynadakı təlim mərkəzinə endirilən raket hücumu nəticəsində 12 əsgərin həyatını itirməsinə görə məsuliyyət hiss etdiyini bildirib.

Prezident Zelenski gecə çıxışında bu və digər oxşar hücumlarla bağlı ali hərbi rəhbərliklə fövqəladə toplantı keçirəcəyini elan edib:

“Biz bütün döyüşçülərimizi ön cəbhədə görmək istəyirik. Hər bir insan resursumuz dəyərlidir və qorunmalıdır,” – deyə o vurğulayıb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 İyun 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri