Icma.az
close
up
RU
​ Ukrayna ordusu dünyada ilk dəfə bunu etdi” Aqil Rüstəmzadə detalları açıqladı

​ Ukrayna ordusu dünyada ilk dəfə bunu etdi” Aqil Rüstəmzadə detalları açıqladı

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tanınmış hərbi ekspert Aqil Rüstəmzadə Ukrayna Silahlı Qüvvələrinin Liman istiqamətində həyata keçirdiyi "Vivaldi" hücum əməliyyatının taktiki və texnoloji detallarını təhlil edib. Ekspertin qənaətinə görə, bu əməliyyat müasir hərb tarixində yerüstü robotlaşdırılmış komplekslərin (YRK) kütləvi və konseptual baxımdan tamamilə yeni formatda tətbiq edildiyi ilk nümunələrdən biridir.

"AzPolitika" xəbər verir ki, Aqil Rüstəmzadə Ukrayna ordusunun döyüş meydanında tətbiq etdiyi 4 əsas texnoloji yeniliyi diqqətə çatdırıb:

Əməliyyatın baş başlıca yeniliyi təkərli və tırtıllı kamikadze-robotların ağır dronlar ("Baba-Yaqa" və analoqları) vasitəsilə cəbhə xəttindən 10 kilometrdən çox dərinliyə - Rusiya ordusun dərin arxasına çatdırılması olub. Havadan Rusiya ordusun arxasına atılan robotlar mustəqil şəkildə döyüş sursatı anbarlarına, rabitə qovşaqlarına və canlı qüvvə toplaşan məntəqələrinə tərəf hərəkət edərək, hücum başlamazdan əvvəl idarəetməni və logistikanı tamamilə iflic edib.

Piyada və zirehli texnikanın irəliləməsindən öncə YRK-lar massiv şəkildə mühəndis kəşfiyyatı aparmaq və ərazini məsafədən minalardan təmizləmək üçün döyüşə cəlb olunub. Bu, ukraynalı hərbçilərin mina sahələrindəki itkilərini minimuma endirib.

Avtomatik qumbaraatanlar (AQS) və pulemyotlarla təchiz edilmiş yerüstü robotlar hücum qruplarının önündə hərəkət ediblər. Onlar Rusiya ordusun atəş nöqtələrinin zərbəsini öz üzərilərinə götürərək onları yayındırıb və basdırıblar. Bu da Ukrayna piyadasına Rusiya mövqelərinə cinahlardan rahat daxil olmaq imkanı yaradıb.

A.Rüstəmzadə xüsusi bir taktiki yeniliyi də vurğulayıb. Ukrayna ordusu mənəvi baxımdan köhnəlmiş və ya zədələnmiş BTR-60 zirehli daşıyıcılarını ağır kamikadze-dronlara çevirərək düşmən istehkamlarına qarşı istifadə edib.

YRK-ların tətbiqi vahid idarəetmə konsepsiyasına inteqrasiya olunub. Hava kəşfiyyatı və FPV-dronlar real vaxt rejimində yerüstü robotların hərəkətini tənzimləyib, eyni zamanda siqnalötürücü (retranslyator) rolunu oynayıblar.

Hərbi ekspert vurğulayır ki, yerüstü robotların bu miqyasda tətbiqi Ukrayna piyadasının itkilərini minimuma endirməyə, Rusiya ordusun əks-hücumlarını pozmağa və möhkəmləndirilmiş müdafiə xətlərini sürətlə yararaq böyük uğur qazanmağa şərait yaradıb. Aqil Rüstəmzadə "Vivaldi" əməliyyatını müasir müharibələr tarixində dronların və robotların tammiqyaslı ilk hücum əməliyyatı kimi qiymətləndirib.

Rasim

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Sentyabr 2026 23:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri