Ukrayna müharibədə süni intellektdən necə istifadə edir?
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna Müdafiə Nazirliyinin süni intellekt (Sİ) mərkəzinin rəhbəri Daniil Tsvokun "BBC News Ukraina"ya verdiyi müsahibəyə görə, süni intellekt Rusiya-Ukrayna müharibəsində həlledici qüvvəyə çevrilib.
Bizim.Media xəbər verir ki, Ukrayna "Kill-Chain" (hədəfin aşkarlanmasından məhv edilməsinə qədər) prosesini avtomatlaşdırmaq üçün Sİ-dən istifadə edir.
Bu sistemlər elektron mübarizə vasitələrinin təsiri altında belə hədəfi izləyə bilir.
İnteqrasiya olunan yeni sistemlər komandanlığa döyüş meydanı ilə "canlı ünsiyyət" qurmağa və verilənlərin sürətli analizi əsasında effektiv qərarlar qəbul etməyə imkan verir. Tsvok vurğulayır ki, sistem məsləhətçi rolunu oynasa da, son qərar həmişə insan nəzarətində qalmalıdır.
İl sonuna qədər "dron sürüsü" (drone swarm) konsepsiyasının döyüş şəraitində tətbiqi, habelə qanadlı raketlər və zenit qurğularına Sİ-nin inteqrasiyası nəzərdə tutulur.
Mütəxəssislər qarşıdakı illərdə müharibənin "əməliyyat sistemləri savaşına" çevriləcəyini proqnozlaşdırırlar. Tsvokun sözlərinə görə, süni intellekt potensialına görə nüvə silahı ilə müqayisə edilən inqilabi texnologiyadır və Ukrayna bu sahədə hər texnoloji yenilikdə rəqibini üstələməlidir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 16 İyul 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















