Ukrayna ordusunda dəyişikliklər: Silahlı qüvvələr yenidən strukturlaşdırılır
Ukraynada müharibə üç ilə yaxındır davam edir...
Zamanla dəyişən şərtlər və yeni çağırışlar orduda transformasiya ehtiyacını doğurur.
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Aleksandr Sirski ordunun hərbi komandanlığının yenidən qurulmasına başlandığını elan edib.
Sirski bildirib ki, Kiyevin yüksək səviyyəli rəsmiləri “hətta çətin müharibə şəraitində belə ordunu gücləndirməyə” və “zamanın çağırışlarına uyğunlaşmağa ” çalışırlar.
“İslahat DAVAM EDİR”
Ordunun korpus əsaslı bir quruluşa keçdiyini və müəyyən komandanlıqlar altında birlikləri təşkil etməyin yolun bu olduğunu ifadə edən Sirski , "Silahlı qüvvələrin təşkilati strukturunda islahatlar davam edir",- deyə qeyd edib.
Ukrayna ordusu 2-ci Dünya Müharibəsindən sonra Avropanın ən böyük quru münaqişəsində Rusiyaya qarşı təxminən üç ildir mübarizə aparır.
Mövsüm
Aznews.az