Gənclər və İdman Nazirliyindən Xankəndi stadionu ilə bağlı AÇIQLAMA
Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son günlərdə sosial şəbəkələrdə Xankəndi şəhər stadionunun təmirə bağlandığı barədə xəbərlər dolaşır. Stadiondan yayılan fotolarda arenada yenidənqurma işlərinin aparıldığı görünür.
Məsələ ilə bağlı İdman və Gənclər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev stadionda gedən təmir-bərpa işləriylə bağlı İdmanxeber.az saytına bunları dedi:
“Cənab prezidentin müvafiq sərəncamına əsasən, Xankəndi stadionunda əsaslı təmir və yenidənqurma işləri nəzərdə tutulub. Bununla əlaqədar olaraq, Gənclər və İdman Nazirliyinin sifarişi ilə stadionda tikinti-quraşdırma işlərinə başlanılıb. Layihəyə əsasən, stadionun standartlara cavab verməyən bir sıra bina və qurğularının söküntüsü və arenanın standartlara uyğun yenidən qurulması nəzərdə tutulur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 15 Aprel 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















