Icma.az
close
up
RU
Fəxr edirəm ki, sənətdə tarla yoldaş oldum Müsahibimiz görkəmli tarzən Xalq artisti Zamiq Əliyevdir

Fəxr edirəm ki, sənətdə tarla yoldaş oldum Müsahibimiz görkəmli tarzən Xalq artisti Zamiq Əliyevdir

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

- Zamiq müəllim, müsahibə üçün mənə yarım saat vaxt verdiniz. Bu yaşınıza qədər sizə yol yoldaşı olan tardan danışmaq üçün yarım saat kifayət edərmi?

- Mən televiziyaya da müsahibə verəndə lakonik danışıram ki, tamaşaçı bezməsin. İndi sən ver sualını.

- Tarla əlaqələriniz necə başladı? Onu anlamaq üçün hansı mərhələlərdən keçdiniz?

- Mən orta məktəbdə oxuyanda bədii özfəaliyyətə, sənətə çox həvəs var idi. O vaxt Yuri Qaqarin adına Pionerlər Sarayına yaxın olurduq. Gəncləri ora dəvət edirdilər, bizim məktəbdən də uşaqlar gedirdi. Mən də getdim və bu minvalla məndə tara qarşı həvəs yarandı. Bir də görürsən, kiməsə sual verirlər ki, neçə ildir sənətdəsiniz? Deyir ki, bağçada mənim səsimə vuruldular, hardasa 40 il olar. Sənət bağçadan başlamır, böyük meydanlardan başlayır. Bağçanı bura qatsan, edəcək 70 il. O düz deyil. Bu il, qismət olsa, 75 yaşım olacaq. Bu 75 ilin 55 ilini sənətə həsr etmişəm və peşman da deyiləm. Çünki tar mənə xalqımın sevgisini qazandırdı. Tarla 50-dən çox ölkəyə qastrol səfərində oldum və böyük sənətkarlarla işlədim. İndi onların əksəriyyəti dünyasını dəyişib. Sevinirəm ki, o illərimi bu sənətə həsr elədim. Mədəniyyət və İncəsənət Universitetində birinci kursda oxuyanda mənə Filarmoniyadan dəvət gəldi. İstedadlı gəncləri axtarırdılar, mənə dedilər ki, sən də get, özünü sına. Getdim, yoxladılar, dedilər, məşqlərimizə gəl. Mənim də həvəsim çox idi. Dərsdən çıxan kimi qaçırdım evə, tarı götürürdüm, ac-susuz gedirdim Filarmoniyaya. Belə oldu ki, 1970-ci ilin yanvarından əmək kitabçam açıldı. Hələ oxuyurdum ha! Üçüncü kursda idim. Orda böyük sənətkarları, tarzənləri, xanəndələri gördüm. Hacı Məmmədov, Əliağa Quliyev, Bəhram Mənsurov, Həbib Bayramov, Əhsən Dadaşov - saymaqla bitməz. Onda Filarmoniya ocaq idi. Mən də onların arasında cavan bir uşaq... Həm konsertlərdə bir yerdə ifa edirdik, həm rayonlara qastrol səfərlərə gedirdik. Universiteti bitirib əsgər getdim. Qayıdandan sonra təyinatım elə Filarmaniyaya olduğundan orada davam elədim. Bir il olardı ki, orada işləyirdim, mənə "Dan ulduzu" ansamblından dəvət gəldi. O vaxt həm Qərb, həm Şərq alətlərindən ibarət bu ansambl çox populyar idi. Daha sonra Zeynəb Xanlarova ilə işləməyə başladım. Sənət aləminə belə baş vurmaq, bu yolla getmək böyük fəxrdir. Ona görə deyirəm, mən bu gün fəxr edirəm ki, sənətdə tarla yoldaş oldum. O, mənə hər şey verdi. Mən tar sayəsində ailə qurdum, dövlət mənə ev verdi, sonra məni İncəsənət Universitetinə müəllim dəvət elədilər. Uğurlarım çox oldu. Amma bunlarla kifayətlənmədim. Bir cavan qızı - Simarə İmanovanı götürüb hazırladım. O, Ulu öndərin qarşısında çıxış elədi. 18 yaşında gəncin Prezidentin qarşısında çıxışı, uğurlu ifası üçün əlimdən gələni elədim, ona zamin durdum. Bilirdim ki, hazırladığım kadr başımı uca edəcək. Biz çıxış etdik, Ulu öndərin çox xoşuna gəldi. Azı 5-6 ölkəyə səfərə bizi özü ilə apardı. Ən böyük uğurumuz Səmərqənddə oldu. Birinci "Şərq təranələri" festivalında 46 ölkədən nümayəndə gəlmişdi. Ən yüksək mükafatı - "Qran-Pri"ni qazandıq. Bunların hamısı böyük stimul idi.

- Necə oldu ki, gənc bir qızı hazırlayıb Prezidentin qarşısına çıxardınız? Bu cəsarəti haradan tapdınız?

- Dövlət tədbirlərinin birində Ulu öndər dedi ki, mən çox istəyərdim, istedadlı gənclərə dəstək verilsin. Bu söz məni tutdu və bunu özümə vəzifə bildim. Beləcə Ədalət Vəzirovla Simarə İmanovanı böyük səhnəyə hazırladıq. Bununla bizim yolumuzda yaşıl işıq yandı. Səmərqənd festivalından sonra neçə ölkəyə dəvət aldıq. Daha sonra Ağaxan Abdullayevlə birlikdə üçlük yaratdıq. Yenə də Amerika, Kanada, Fransa, Belçika, Almaniya, Niderland, İrana qastrol səfərlərimiz oldu. Yenə deyirəm, bu sənətdə ürəklə çalışırsansa, o, səni irəli aparacaq. Bir dəfə Simarə İmanovaya dedim, gərək sən elə bir şey oxuyasan ki, yadda qalasan. Beləliklə "Yar, bu gecə" mahnısı yarandı. Sözləri bayatılardan ibarət, musiqisi isə mənim idi. Bu mahnıyla efirə çıxdıq. Oxuyan kimi xalq qəbul elədi, bu musiqinin müəllifinin mən olduğumu bilmirdilər. Hətta bəzi yerlərdə deyirdilər ki, xalq mahnısıdır. O qədər populyar oldu ki, mənə təsir elədi. Axı xalq mahnısı deyil, bunun zəhmətini mən çəkmişəm. Sonra haqqımı tələb elədim. Mənə dedilər ki, bu mahnı sənindirsə, ardı yoxdur? O an özümü böyük bir bəlaya saldığımı düşündüm. İndi məcburam, yeni mahnılar yazım, özümü sübut edim ki, bu da var, ardı da var. Oturdum, düşündüm. Bir xeyli ölçüb-biçdim və bunun sirrini tapdım. Allah mənə yar oldu. Yadımdadır, əvvəlcə Zəlimxan Yaqubun sözlərinə üç-dörd mahnı bəstələdim. Onlardan biri də "Allah səni pənahında saxlasın!" idi. İlk dəfə bunu Simarə oxudu. Novruz bayramı ərəfəsi idi. Televiziyaya bizi dəvət elədilər. Biz də bu mahnı ilə getdik efirə. Bayram günü olduğu üçün azı yüz oxuyan var idi. Konsert  axşam 9-da başlamışdısa, səhər 5-də bitərdi. Zəlimxan Yaqub da o ərəfədə xəstə idi, ayağını zədələmişdi. Özü deyirdi, ara-sıra açırdım televizoru, baxırdım konsertə, sonra söndürürdüm, yenə açırdım. Birdən gördüm, bir qız oxuyur: "Allah səni pənahında saxlasın! Allah səni pənahında saxlasın!" və bitdi. Dedim, bu mənim sözlərimdi axı. Hansı bəxtəvər bunu yazıb oxuyur? Zəng elədim Azərbaycan Televiziyasına. Dedim, indi bir qız oxuyurdu. Bir öyrənin görün, həmin qız kimdir, mahnını kim yazıb?"

Səhərisi gördüm zəng edir mənə. Danışdıq. Çox sevinmişdi, dedi, səndən xahiş edirəm, o mahnını bir kasetə yaz, oğlum gəlib götürəcək. Sonra onun sözlərinə yeni mahnılar yazdım, səmimiyyətimiz, dostluğumuz yarandı.

Yüzə qədər mahnının müəllifiyəm, onların hamısını Xalq artisləri, Əməkdar artistlər oxuyurlar. Bu da bəsimdir. İndinin özündə də çalışıram ki, gənclərə dəstək olum, bildiyimi onlara ötürüm.

- Sənət yolunda nə kimi çətinliklərlə üzləşmisiniz?

- Bu yolda çox çətinliklərim oldu. Vurulsam da, yıxılsam da, yenə qalxıb davam edə bildim. Allah mənə dəstək oldu. Ona görə mənə heç kəs bata bilmədi. İstədilər, ancaq dözdüm. Bu gün ayaqüstəyəm, öz işimlə məşğulam, sağlamam və fəxr edirəm ki, tarzənəm. Amma mənə təsir edən bəzi məqamlar var. Təəssüf ki, tarzənlərin, elə kaman ifaçılarının da xanəndələrin yetişməsində böyük rolları olduğu bəzən unudulur. Hərdən xanəndələr yüksək mərtəbədə olsalar da, müşayiətçilər yaddan çıxır. Ya da, olur ki, baxıram televiziyaya, görürəm, cavan bir jurnalist özü kimi bir gənci tutub soruşur: "Şövkət Ələkbərova haqqında nə deyə bilərsiniz?" O "dünənki uşaq" da deyir ki, Şövkət xanım o vaxt mənə bağçada dedi ki, sənin böyük gələcəyin var. Uydurmadır. O heç Şövkəti görməyib, yalan danışır. Sən niyə bunu yazırsan? Axı biz hələ ölməmişik. Onlarla qastrollarda, dünya səyahətlərində, konsertlərdə çiyin-çiyinə olmuşuq. Bizlərdən soruşmurlar. Sən gəl ünvanından soruş da. Baxıram, deyirəm ki, bu qədər camaatı aldatmaq olmaz. Biz axı hələ varıq. Ekranda-efirdə nağıl danışırlar camaata. Siz hara gedib çıxmısınız? Belə şeylər də var. Uman yerdən küsərlər.

- Söz açılmışkən, vaxtilə sizin də aparıcısı olduğunuz verilişlər gedib, qonaq kimi də az dəvət almamısınız. Ümumiyyətlə, bugünkü verilişlərdən razısınızmı, dəvətləri qəbul edirsinizmi?

- Çalışıram ki, tez-tez getməyim. Dəvət alanda da deyirəm ki, öz proqramımla iştirak edəcəm. Yəni bir-iki mahnımı ifa edəcəm, mahnılarımı da oxuyanlardan iki-üç nəfər çağıracam və bütövlükdə öz yaradıcılığımdan danışacam. Mən istəmirəm ki, yanımda başqa biri otursun. Elə olanda getmirəm. Bir ayda beş dəfə verilişə gedə bilmərəm. Ayda, ya iki ayda bir dəfə gedirəm. Əvvəla, gedəndə yaradıcılığımla bağlı xalqıma hesabat verirəm. Bir də tamaşaçı sənət adamı üçün darıxmalıdır. Bu gün elə ifaçılar var, özlərini televiziya ilə gündəmlə saxlayırlar. Bir ay televiziyada görünməsələr, heç kəs onları axtarıb tapmayacaq. Elə də unudulacaqlar. Toy bazarında oxuyanlar hər gün efirdədirlər. Böyük sənət zəhmət tələb edir. Biz də toya getmişik vaxtilə. Yaqub Məmmədov da, Hacıbaba Hüseynov, Arif Babayev, Ağaxan Abdullayev də gedib. Hamı toya gedib. Mağar toylarında böyüyüb təcrübə toplamışıq. Günah deyil bu. Amma bu gün efirdə hər gün görünənlər tamaşaçını bezdirirlər. Ucuz reytinq dalınca gedən adam sənəti məhv edər.

- 50-dən çox ölkədə qastrol səfərində olmusunuz. Mənə elə gəlir ki, Zülfü Adıgözəlov adına muğam üçlüyü ilə Təbrizə etdiyiniz səfər ən yadda qalanıdır.

- Zülfü Adıgözəlov adına muğam üçlüyü Xalq artisti Ağaxan Abdullayev, mən və Ədalət Vəzirovdan ibarət idi. Bizə İrana getmək təklif olundu. Dövlət səviyyəsində kitab sərgisi keçirilirdi. Şairlər, yazıçılar, elm, sənət adamları, musiqiçilərdən də biz orda idik. Bu səfərin əsası Tehranda oldu. Orada on dəqiqəlik çıxış elədik. Bizim sərgi günümüzə İranın mədəniyyət naziri gəldi. İfamız onu cəlb elədi. Sona qədər qulaq asdı və bizi təbrik elədi. Dedi ki, çıxışınız çox xoşuma gəldi, burda qalıb konsertlər verə bilərsinizmi? Biz də dedik ki, yaxşı şərait yaradılsa, niyə də qalmayaq. Dedilər, biz təşkil edərik. Amma dedik ki, bizim bir xahişimiz var. Əgər burda qalsaq, Təbrizdə konsert verə bilərikmi? Dedi ki, olar. Səhəri gün getdik nazirliyə. Ağaxan Abdullayevdən soruşdular ki, orda nə oxuyacaqsan? Dedi, muğamlardan "Şur", "Çahargah", "Segah". Mədəniyyət naziri oxuyacağı qəzəllərdən bir parça deməyini istədi. Ağaxan da sevgi mövzusunda bir qəzəl dedi. Nazir qayıtdı ki, baba, belə şey oxumaq olmaz. Ağaxan dedi niyə? Nazir dedi, sevgi, sevirəm, belə şeylər olmaz. Ağaxan dedi, siz elə bilirsiniz, bunu hansısa sevgilimə oxuyuram? Yox, bunu Allaha olan sevgimə görə oxuyuram. Bunu deyəndə nazir tutulub qaldı, sonra dedi ki, ikinci qəzəli də oxu (gülür). Biz orada ay yarım qalıb konsertlər verdik. Bizdən başqa da sənət adamlarımız var idi. Amma onları Təbrizə buraxmadılar. İlk dəfə Təbrizdə konserti biz verdik. Bu, çox qürurverici hadisə oldu.

- Zamiq müəllim bu gün şəhərin mərkəzində, yeraltı keçidlərdə tar çalan gənclərə rast gəlirik. Sizcə, onlar tara olan sevgidən oradadılar, yoxsa maddi problemlərdən?

- Bilirsiniz, bütün dünyada musiqi ilə məşğul olanlar bəzən küçədə də ifa edirlər. Onların taleyi sənətdə alınmayıbsa, nə edə bilərlər? Gənclərimizdə də görürəm bu halı. Onları qınamıram da. Amma dünyada təsadüfən elə şeylər olub ki. Küçədə bir gənc mahnı ifa edib, yoldan keçən bir nəfər də ayaq saxlayıb qulaq asıb, deyib ki, nə gözəl ifa edir. Gəlib yaxınlaşıb, soruşub ki, sən nə işinə baxırsan? Gənc də deyib ki, heç nə, mən sənəti bilirdim, amma taleyim gətirmədi. Ürəyimi boşaltmaqdan ötrü başqa çarəm yoxdur, gəlib burada ifa edirəm. Həmin adam gəncə deyir ki, sən sabah gəl filan yerə, mən sənlə söhbət edəcəm. Daha sonra gənci göndərir bir orkestrə. Gənc ora gedir. Maestro onun ifasını dinlədikdən sonra soruşur ki, sənin təhsilin var? Gənc deyir, yoxdur. Baxır görür ki, onun daxilində bir istedad yatır, vulkandır, amma sönüb. Üzərində işləyə-işləyə həmin gənci böyük sənətkar edirlər. Fikir ver, təsadüfi görüşlər gör hara gəlib çıxır. Onun da taleyində bu yazılıb. İndi bizim gənclər də pis işlə məşğul olmurlar ki. Oturub bir küncdə tar çalırlar da. Xoşlayırsan, get qulaq as, əlini at cibinə, hörmətini elə, eləmirsən də canın sağ olsun. Yəni burada əcaib bir şey yoxdur. Bəlkə elə onların taleyində gözəl günlər qarşıdadır? Mən onları alqışlayıram. Yenə deyirəm, bu gün çox istedadlı gənclərimiz var. Görək onlar sənətdə uğurlu finala gəlib çıxa biləcəklərmi? O vaxt tara böyük axın var idi. Bu gün mən beş nəfərin adın saya bilərəm ki, çətinliklərə sinə gərib bu yerə - finala gəlib çıxdılar. Qalanlarında cürbəcür səbəbdən alınmadı buracan gəlmək. Tar sənəti ağırdır, bunun gərək daşıyıcısı ola biləsən, buna dözəsən. Bu gün də tar ifaçılığına axın var. Mənə də maraqlıdır ki, bəs gələcəkdə o dünyadan baxanda sonradan finala gəlib çıxan neçə nəfəri görəcəm? Bilirəm ki, yenə də belə olacaq, bəzilərində alınmayacaq. Çünki bu sənət ağır sənətdir. Sən ailəni dolandıra bilmirsənsə, məcbur gedib başqa işlə məşğul olursan. O qədər istedadlı tarçalan tələblərim olub ki. Biri bir gün gəlib mənə dedi ki, mən daha tar çalmayacam. Dedim, niyə? Dedi, evin tək oğul övladı mənəm və çox əziyyət çəkirik. Dedim, nə işlə məşğul olacaqsan? Dedi, kənddə karxana var, gedib orda daş atacam. Başqa çarəsi yox idi. O gündən gəlmədi. adamın ürəyi ağrıyır. Ona görə mənə maraqlıdır ki, sonda neçə nəfər qalacaq. Çox ola bilməz. Yaxşı şeylər az olur. Amma dözə bilsələr, yaxşı olar.

Ləman İLKİN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Aprel 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see126

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see121

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see116

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see113

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see112

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see112

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri