Ukrayna ordusundan uğurlu əməliyyat
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna Silahlı Qüvvələri cəbhə xəttində təşəbbüsü ələ alaraq Rusiya işğalçı qüvvələrinin yay kampaniyası ərzində zəbt etdiyi ərazilərin bir hissəsini azad edib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) dərc etdiyi son analitik hesabatda bildirilir.
Hərbi analitiklərin qiymətləndirməsinə görə, Rusiya ordusu üçün ən ağır və strateji ərazi itkiləri Donbas cəbhəsində qeydə alınıb. Məlumata əsasən, təkcə bir hücum istiqaməti üzrə 240 kvadratkilometrdən çox ərazi yenidən Ukrayna qüvvələrinin tam nəzarətinə keçib. pizza mizza
Cəbhədəki ən mühüm dönüş nöqtələrindən biri Rusiya birləşmələrinin strateji əhəmiyyətli Liman şəhərindən geri çəkilməyə məcbur edilməsi olub.
Xatırladaq ki, işğalçı kontingent bu şəhərdən Slovyansk-Kramatorsk şəhər aqlomerasiyasına hücumlar təşkil etmək üçün əsas dayaq nöqtəsi və logistik mərkəz kimi istifadə edirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 15 Sentyabr 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















