Ukrayna PUA ları Rusiyanın əsas müdafiə zavodlarına hücum edib
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Təhlükəsizlik Xidmətinin uzaqmənzilli pilotsuz uçuş aparatları mayın 7-nə keçən gecə Rusiyanın arxa cəbhəsindəki iki hərbi-sənaye kompleksi zavodunu – “Bazalt” və “Splav”ı vurub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdyinə görə, “Bazalt” Rusiya Federasiyasının əsas müdafiə müəssisəsidir və Rusiya ordusunun bütün qolları üçün silah və sursat istehsal edir. O, Moskva vilayətindəki Krasnoarmeysk şəhərində yerləşir.
“Splav” isə Rusiyada yaylım atəşi raket sistemləri və patronları layihələndirən və istehsal edən yeganə müəssisədir. O, Tula şəhərində yerləşir. PUA-ların zərbələrindən sonra müəssisənin ərazisində güclü yanğın baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 07 May 2025 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















