Ukrayna Rusiyanın 9 May paradı atəşkəsini qəbul etmir
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Ukraynanın elan etdiyi atəşkəs rejimini pozub.
Milli.Az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Sergey Sternenko "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, Rusiya atəşkəsə əməl etməyərək, Ukraynaya qarşı bir sıra hücumlar həyata keçirib.
"Bu addımlar Vladimir Putin tərəfindən elan olunan 9 May atəşkəsini faktiki olaraq mənasız edir", - müdafiə nazirinin müşaviri qeyd edib.
Xatırladaq ki, mayın 4-də Ukrayna Prezidenti Volodimir Zelenski mayın 6-na keçən gecədən etibarən atəşkəsə hazır olduqlarını bildirib. Ukraynanın xarici işlər naziri Andriy Sibiqa isə Moskvanın bu bəyanata baxmayaraq, hücumları davam etdirdiyini qeyd edib. Onun sözlərinə görə, mayın 6-na keçən gecə Rusiya qüvvələri Ukraynaya 108 pilotsuz uçuş aparatı və 3 raketlə hücum edib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 06 May 2026 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















