Ukrayna Rusiyanın ən böyük neft terminallarından birinə hücum edib
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Ukraynanın hücum dronları dekabrın 21-dən 22-nə keçən gecə Rusiyanın Krasnodar diyarı ərazisində "Tamannefteqaz" dəniz neft terminalına hücum edib.
"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Ukrayna Baş Kəşfiyyat İdarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, endirilən zərbələr nəticəsində neft terminalı avadanlıqları, mayeləşdirilmiş qaz terminalı və liman infrastrukturu zədələnib, nəticədə genişmiqyaslı yanğın baş verib.
Ukrayna Baş Qərargahından bildirilib ki, partlayışlar nəticəsində boru kəmərləri, iki körpü və iki gəmi zədələnib. Yanğın 1 min kv.m sahəni əhatə edib. Bundan əlavə, rezervuar parkı ərazisində yanğın baş verib.
Həmçinin Ukrayna istehsalı olan raket vasitəsilə Yelenovkada (Donetsk vilayəti) 92-ci çay katerləri briqadasının üzən vasitələrinin müvəqqəti bazası vurulub. Nəticədə yanğın başlayıb. Bundan başqa, Ulan-Udedə motoatıcı alayın sursat anbarı da məhv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 22 Dekabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















