Ukrayna Rusiyanın ən böyük neft mərkəzini vurdu
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, Ukrayna PUA-ları Samara Xətti İstehsal və Göndərmə Stansiyasını (SXİGS) hədəf alıb və nəticədə yanğınlar başlayıb.
Bura Rusiyanın ən böyük neft nəqli və paylama mərkəzidir və “Transneft” şirkətinə məxsusdur. Obyekt 216 hektardan çox ərazini əhatə edir və ümumi tutumu 1,6 milyon kubmetrdən çox olan 71 saxlama çəninə malikdir.
Regionun qubernatoru Andrey Boçarovun sözlərinə görə, ötən gecə Ukrayna dronları Volqoqrad vilayətindəki sənaye infrastrukturuna kütləvi hücum edib. Nəticədə Volqoqrad Neft Emalı Zavodunun və “Kaustik” Kimya Zavodunun yaxınlığında böyük yanğın baş verib.
Qeyd edək ki, Volqoqrad Neft Emalı Zavodu Rusiyada 10 ən böyük zavod arasındadır və ildə təxminən 14,8 milyon ton neft emal edə bilir. “Kaustik”, öz növbəsində, Rusiya hərbi-sənaye kompleksini kimyəvi məhsullarla təchiz edir.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə ərzində hava hücumundan müdafiə qüvvələri 646 Ukrayna PUA-nı vurub.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 02 Oktyabr 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















