Ukrayna PUA ları Rusiyanın ən böyük neft emalı zavodlarından birinə hücum edib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna dronları Ryazandakı neft emalı zavoduna hücum edib.
APA xəbər verir ki, bu barədə ASTRA Telegram kanalı yerli sakinlərə istinadən məlumat yayıb.
Hələlik bu məlumatla bağlı rəsmi təsdiq yoxdur.
Ryazan vilayətinin qubernatoru Pavel Malkov gecə bölgədə 25 PUA-nın məhv edildiyini, bir müəssisənin ərazisində yanğın baş verdiyini bildirib. Malkov müəssisənin adını açıqlamayıb. İlkin məlumata görə, xəsarət alan yoxdur, maddi ziyan qiymətləndirilir.
17-18 milyon ton neft istehsal gücünə malik Ryazan neft emalı zavodu Rusiyada ilk beşliyə daxildir. O, dəfələrlə Ukrayna dronlarının hücumuna məruz qalıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə ölkə ərazisində 64 PUA vurulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 15 Noyabr 2025 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















