Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Nijni Novqorod vilayətində yerləşən qitələrarası ballistik raketlərin utilizasiyası mərkəzinə zərbə endirib.
APA UNIAN-a istinadən xəbər verir ki, hücum gecə saatlarında Sırovatixa yaşayış məntəqəsi yaxınlığında həyata keçirilib.
Ukrayna Baş Qərargahının məlumatına görə, obyekt partlayıcı maddələrin və raket yanacağı komponentlərinin istehsalında iştirak edib.
“Defense Express” nəşrinin məlumatına əsasən, mərkəz 1991-ci ildə yaradılıb. Burada Sovet İttifaqından qalan 448 qitələrarası ballistik raket utilizasiya olunub.
Sonrakı illərdə müəssisə “Satana” kimi tanınan R-36M raketlərinin texniki vəziyyətinin saxlanılması və onların kosmik raketlərə çevrilməsi ilə də məşğul olub.
Ekspertlər bildiriblər ki, mərkəz Rusiyanın kosmik proqramları üçün raket yanacağı komponentlərinin təminatında da rol oynayıb. Bu proqramlar arasında “Starlink”ə alternativ peyk rabitəsi sistemlərinin yaradılması layihələri də var.
Mütəxəssislərin fikrincə, obyektə zərbə Rusiyanın raket və kosmik proqramlarına təsir göstərə bilər.
Hücum nəticəsində müəssisəyə dəyən ziyanın miqyası barədə dəqiq məlumat verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 11 Oktyabr 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















