Türkmənistanın səfiri: Azərbaycanın beynəlxalq platformalarda ölkəmizin təşəbbüslərini dəstəkləməsini yüksək qiymətləndiririk
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 18 iyun, AZƏRTAC
Türkmənistanın beynəlxalq əməkdaşlıq siyasətinin əsas istiqamətlərindən biri də qardaş Azərbaycan Respublikası ilə əlaqələrin ardıcıl şəkildə möhkəmləndirilməsidir. Ölkələrimiz arasında münasibətlər siyasi, iqtisadi, nəqliyyat və logistika, neft və qaz sahələrində yüksələn xətlə inkişaf etməkdədir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan ilə Türkmənistan arasında çoxşaxəli əməkdaşlıq mövzusunda keçirilən simpoziumda çıxışı zamanı Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov deyib.
"Azərbaycanın beynəlxalq platformalarda Türkmənistanın təşəbbüslərini dəstəkləməsi faktını yüksək qiymətləndiririk və bunu dəyərləndiririk. Azərbaycan bizim üçün qardaş ölkə, qardaş xalqdır və biz bütün mövcud potensialdan istifadə edərək, əlaqələrimizi ardıcıl olaraq gücləndirəcəyik", - deyə o, əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 18 İyun 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















