Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Ukrayna SSRİ nin durumuna düşür Sürpriz ssenari ortaya çıxdı

Ukrayna SSRİ nin durumuna düşür Sürpriz ssenari ortaya çıxdı

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya Ukraynada atəşkəsə razılıq verməsə, G7 ölkələri sanksiyaları daha da sərtləşdirəcəklər. Bu barədə Kanadada keçirilən görüşün yekunları ilə bağlı G7 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin birgə bəyanatında bildirilib.

Aydındır ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar real nəticə verməyib. İndi bu cür təzyiqlərlə Putini atəşkəsə məcbur etmək mümkündürmü?

Globalinfo.az-a danışan siyasi tədqiqatçı Çingiz Məmmədov bildirib ki, Rusiyaya qarşı indiyədək tətbiq olunmuş sanksiyalar tam məqsədinə çata bilməyib:

“Rusiya iqtisadiyyatı çökmədi, əksinə genişmiqyaslı müharibəyə tab gətirdi. Hətta qısa müddətdə əvvəllər mövcud olmayan PUA-lar və digər silahlar istehsal edildi. Ümumiyyətlə, sanksiyalar yalnız o zaman nəticə verir ki, əhatəli olur və ölkə, bir növ, iqtisadi blokadaya düşür. Rusiyaya baxdıqda isə bunun baş vermədiyini görürük.

Rusiyanın bir çox iqtisadi tərəfdaşları bu sanksiyalara qoşulmayıb. Çin, Hindistan, BRİKS ölkələri və Latın Amerikası dövlətləri buna misal ola bilər. Digər tərəfdən, texnoloji sahədə tətbiq olunan sanksiyalar da Ermənistan kimi ölkələr vasitəsilə yarılıb. Hətta nəinki neft və qaz, qızıl kimi dəyərli metalları belə Rusiya dünya bazarına çıxara bilir. Buna görə də iqtisadi sanksiyalar Rusiya iqtisadiyyatına ciddi təsir göstərə bilmədi.

Məsələn, İran uzun müddətdir sanksiyalara məruz qalır. Bu ölkəyə tətbiq olunan sanksiyalar daha sərt və uzunmüddətlidir. Rusiyanın resurs bazası İranınkından daha böyükdür. Düzdür, enerji daşıyıcıları var, ancaq Rusiya bu sahədə ixrac potensialı baxımından daha üstün mövqedədir. Ona görə də tətbiq olunmuş və olunacaq sanksiyalar Rusiyanın müharibə aparmaq potensialına təsir göstərməyəcək”.

Ekspert qeyd edib ki, hazırda Rusiya ilə Ukraynanın mövqelərində ciddi fərqlər var:

“Rusiyanın tələbləri Ukraynanın tam kapitulyasiyası deməkdir. Yəni Ukrayna öz ordusunu ciddi şəkildə məhdudlaşdırmalı, işğal olunmuş əraziləri qanuni olaraq Rusiyaya verməli və NATO-ya qoşulmamaq öhdəliyini qəbul etməlidir. Bunlar kapitulyasiyaya bərabərdir.

Belə bir şəraitdə sual yaranır: sanksiyalar təsir göstərmirsə və Rusiya ilə Ukrayna arasında nəinki sülh, hətta atəşkəs mümkün deyilsə, o zaman nə baş verir? Cavab aydındır: müharibə davam edəcək.

Trampın seçkidən əvvəl verdiyi müharibəni dayandırmaqla bağlı vədləri də özünü doğrultmadı. Vaşinqton Pekinlə Moskvanı aralamaq istəyir. Bu baxımdan ABŞ-ın Rusiyaya təzyiq imkanları məhduddur. Müharibə böyük ehtimalla hələ bir müddət davam edəcək”.

Çingiz Məmmədov

Tədqiqatçının fikrincə, Ukraynanın qarşısında iki seçim var:

“Birinci variant: Ukrayna ərazi itkisi ilə barışır, kiçildilmiş bir dövlətə çevrilir. Bundan sonra Avrointeqrasiyaya yönəlir, sosial-iqtisadi rifahını yaxşılaşdırır və sonda Avropa İttifaqına daxil olur.

İkinci variant: Ukrayna Rusiyadan daha kiçik və resurs baxımından zəif olsa da, Moskvaya qarşı tam səfərbərliklə dirəniş göstərir.

Bu iki yoldan hansını seçmək qərarını Ukrayna elitası verməlidir. Əgər ikinci variant seçiləcəksə, dövlət daha mərkəzləşmiş modelə keçməlidir. Çünki Avropa tipli demokratik idarəetmə uzunmüddətli müharibə üçün əlverişli deyil. İnsanların, xüsusən də elitanın bir hissəsi – oliqarxlar, sənaye rəhbərləri, siyasi partiya rəhbərləri, media təmsilçiləri və blogerlər – rahat həyata öyrəşiblər. Cəmiyyət məhrumiyyətlərə dözməyə alışmalıdır. Qəbul etməlidirlər ki, onları çətin illər aylar, gözləyir. Cəmiyyət buna hazır olmalıdır.

Ukraynada hazırda Yutub blogerləri cəmiyyətə ciddi təsir göstərir. Amma mərkəzləşmiş dövlətdə bloger prezidentin qərarını açıq şəkildə tənqid edə bilməz. Belə sistemdə prezident qərar verir və cəmiyyət bunu qəbul edir. Kiyev elitası bu seçimi etməlidir. Əks halda, Rusiya tərəfindən mərhələli şəkildə ərazilərini itirə-itirə gedəcəklər.

Ukraynanın indiki durumu II Dünya müharibəsinin ilkin mərhələsindəki Sovet İttifaqının vəziyyətinə bənzəyir. O zaman da çoxları SSRİ-nin Almaniyaya məğlub olacağını düşünürdü. Amma Sovetlər dirəniş göstərdi və ABŞ-dan aldığı iqtisadi yardım özünü doğrultdu. Bu da onu göstərir ki, dirəniş olduğu halda xarici dəstək kömək edir”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 May 2025 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see345

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see325

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see304

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see293

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see282

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see267

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see255

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see244

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see240

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see224

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see220

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see216

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see209

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see209

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see195

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see185

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see173

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see170

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri