Icma.az
close
up
RU
Avropa hazırda ABŞ nin dayandırdığı hərbi yardımları bərpa etmək imkanında deyil Hərbi ekspert

Avropa hazırda ABŞ nin dayandırdığı hərbi yardımları bərpa etmək imkanında deyil Hərbi ekspert

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin yardımı olmadan Ukraynaya Rusiya ilə mübarizə aparmaq çox çətin olacaq.

Bu iddia ilə çıxış edən "Politico" nəşrinin qeyd etdiyinə görə, Ukrayna ABŞ ilə münaqişənin sülh yolu ilə həlli məsələsində razılığa gəlməsə, Vaşinqtonun yardımından məhrum ola bilər.

Redaktor.az-a mövzu ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, ABŞ-nin bu günə qədər Ukraynaya hərbi yardımı bir neçə dəfə dayandırılıb:

"2023-cü ildə Co Bayden Ukraynaya göstəriləcək yardımların qarşısının alınması üçün qərar qəbul etmişdi. O vaxtlar ABŞ-nin dayandırdığı yardımın yerini Avropa ölkələri tutmuş, Ukrayna silah və sursatını əsasən Avropanın köməyi ilə əldə edə bilmişdi. Lakin bu dəfə Amerika yenidən hərbi yardımı dayandırma qərarı verib. Bu qərar yeni bir qərar deyil, Trampın mart ayında verdiyi qərar da bu ilin əvvəllərində səslənmişdi. Trampın qərarı Ukraynanın ərazisində daha çox itkilər yaşanmasına, o cümlədən ərazi, insan, texnika və yaşayış məntəqələrinin itirilməsinə səbəb olmuşdu. Avropa hazırda ABŞ-nin dayandırdığı hərbi yardımları bərpa etmək imkanına malik deyil. Avropanın özünün də yaxın gələcəkdə Rusiya tərəfindən hərbi müdaxiləyə məruz qalma riski var və buna görə də, Avropa ölkələri artıq ABŞ-nin vermədiyi silahları Ukraynaya verməkdən çəkinirlər. Bütün bunlar göstərir ki, ABŞ-nin yardımı dayandırması ilə bağlı verdiyi qərarın arxasında daha geniş geosiyasi narahatlıqlar və strateji hesablamalar durur. Trampın yardımları dayandırmaq qərarını Konqres təsdiqləyib və həmin vaxtdan bəri təxminən yeddi-səkkiz ay keçib. İndi Ukrayna artıq döyüş meydanında sanki tək qalıb. Bu vəziyyət Ukraynaya təklif olunan sülh planını qəbul etməyə məcbur edir. Lakin bu sülh planı Avropa üçün də acı bir nəticə vəd edir, çünki Ukraynanın qəbul edəcəyi belə bir plan daha çox kapitulyasiya kimi qiymətləndirilə bilər. Ukrayna ərazi itkiləri ilə yanaşı, müstəqillik və suverenlik məsələlərində ciddi suallar ilə üzləşir və onun gələcəyi çox qaranlıq görünür".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Noyabr 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri