Ukrayna sülh prosesi ilə bağlı ABŞ yə yeni təkliflər verib
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna müharibənin başa çatdırılması istiqamətində sülh prosesi ilə bağlı ABŞ-yə yeni təkliflər təqdim edib.
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.
Zelenski təkliflərin detallarını açıqlamayıb. O, bildirib ki, ABŞ danışıqlar prosesində daha fəal iştirak etməlidir.
Ukrayna liderinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin müharibəni dayandırmağa hazır deyil və Rusiyaya göstərilən təzyiq hələ də kifayət qədər deyil.
Zelenski eyni zamanda vurğulayıb ki, Ukrayna sülh müqabilində Donbasın nəzarətində qalan hissəsindən imtina etməyə razı olmayacaq. Onun sözlərinə görə, danışıqlarda əsas məsələlərdən biri Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləridir.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə Zelenskinin münaqişənin başa çatdırılması ilə bağlı ABŞ tərəfinə təqdim etdiyi təkliflərin Moskvaya məlum olmadığını bildirib.
Ryabkovun sözlərinə görə, Vaşinqton həmin təklifləri Rusiya tərəfinə çatdırmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 13 Avqust 2026 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















