Icma.az
close
up
RU
Ukrayna: tərəflər hiddətlənir, döyüşlər şiddətlənir

Ukrayna: tərəflər hiddətlənir, döyüşlər şiddətlənir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün beynəlxalq müstəvidə ən çox müzakirə olunan və həlli üçün ardıcıl səylər göstərilən problemlərdən birincisi Rusiyanın Ukraynaya təcavüzüdür. Bir tərəfdən, bu amansız müharibə ilə bağlı ayrı-ayrı ölkələr, xüsusən ABŞ tərəfindən aparılan danışıqlar, digər tərəfdən isə Rusiyanın elan etdiyi xüsusi hərbi əməliyyat fasiləsiz davam edir.

Son günlərdə ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı apardığını elan edib. Bu, müharibənin bitməsini istəyən ictimaiyyət tərəfindən razılıqla qarşılansa da, ABŞ liderinin mövqeyini bölüşməyən bəzi Avropa ölkələrində narahatlıq yaradıb. Doğrudur, cənab Tramp hələ apardığı danışıqların məğzini açıqlamağa tələsmir, amma niyyətinin müharibəyə son qoymaq olduğu aydındır. O, hətta özündən əvvəlki hakimiyyəti bu müharibənin başlanmasına yol verməklə böyük xəta işlədiyini bildirib.

Tramp Ukrayna müharibəsini bitirmək üçün konkret planı olduğunu vurğulayıb, ancaq planın nədən ibarət olduğunu hələ açıqlamır. Sadəcə, prezident Vladimir Putinlə danışıqlarda “irəliləyiş” olduğuna işarə edib. “Putinlə belə bir söhbətim olub. Mən daha çox belə danışıqlar aparmağı gözləyirəm. Biz bu müharibəni bitirməliyik”, – deyə Tramp bildirib.

O, eyni zamanda, etiraf edib ki, ətraflı məlumat vermək istəməsə də, “irəliləyiş əldə edilir”. Onun sözlərinə görə, hər iki tərəflə danışıqlar gedir və müsbət nəticəyə ümid bəslənilir. İndi siyasi analitiklər inanırlar ki, fevralın 14-də işə başlayacaq Münhen Təhlükəsizlik Konfransı çərçivəsində də Ukrayna ilə danışıqlar aparılacaq. Hətta danışıqlarda ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq və vitse-prezident Ceyms Devid Vensin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşünün gözlənildiyi barədə məlumatlar mövcuddur.

Bununla yanaşı, cənab Tpamp dünən ABŞ-ın əvvəlki administrasiyasının Ukraynaya hərbi yardım üçün xərcləməyə imkan tapmadığı 4 milyard dollara yaxın vəsaitdən istifadə etməyə hazır olduğunu təsdiqləməyib. O, Ağ evdə jurnalistlərin bu barədəki sualına, sadəcə, “görəcəyik”, – deyə cavab verib.

Müharibə isə bütün şiddəti ilə davam etməkdədir. Elə son sutka ərzində də Ukrayna ərazisi Rusiya tərəfindən geniş raket hücumuna məruz qalıb. Cəbhə zonasında tək bir gündə Ukrayna müdafiə qüvvələri ilə rus qoşunları arasında 95 döyüş toqquşması qeydə alınıb. Dünən ruslar Ukrayna bölmələrinə və yaşayış məntəqələrinə 3 raket zərbəsi endirib, 20 raketdən istifadə edib, həmçinin 89 hava zərbəsi endirib, 149 idarə olunan bomba atıb, 2354 kamikadze pilotsuz uçuş aparatından istifadə edib.

Rusiya ordusu, xüsusilə, Qremyaçka, Krasnopolye, Çerneççina, Zoloçev, Baytarlıq, Osinovo, Zelyoni Qay, Stupochki, Drujkovka, Yekaterinovka, Aleksandro-Şultino, Pokrovsk, Leontoviçi, Muravto Qrohovka, Omelnik, Pridneprovskoye istiqamətində hücum edib. Kupyansk istiqamətində Rusiyanın yeddi hücumu baş verib. Müdafiə qüvvələri Kondraşovka, Petropavlovka, Novaya Kruqlyakovka və Zaqrızovoye yaxınlığındakı hücumları dəf edib.

Liman, Seversk, Kramatorsk, Toretsk, Pokrovsk istiqamətlərində də rus qoşunları irəliləməyə cəhd edib, ancaq Ukrayna müdafiəçiləri bu hücumları dayandırmağa nail olublar. Novopavlovsk istiqamətində rus qoşunları səkkiz dəfə Konstantinopol yaxınlığından keçməyə cəhd ediblər. Xarkov, Orexov, Dnepr, Volın və Polesie istiqamətlərində Rusiya son 24 saat ərzində heç bir hücum əməliyyatı keçirməyib.

Məlumata görə, Kursk vilayətindəki əməliyyat zonasında Ukrayna müdafiə qüvvələrinin bölmələri dünən Rusiya hərbçilərinin həyata keçirdiyi 15 hücumu dəf edib. Ruslar 56 idarə olunan bombadan istifadə etməklə 40 hava zərbəsi endirib, 634 artilleriya hücumu həyata keçirib, o cümlədən 29 reaktiv yaylım atəşi sistemlərindən atəş açıb. Ümumiyyətlə, son 24 saat ərzində Ukrayna qoşunları işğalçı qüvvələrin 1150 canlı qüvvəsini məhv edib.

Fevralın 12-nə keçən gecə rus qoşunları “İsgəndər-M” ballistik raketi ilə Kiyev və Krivoy Roq şəhərlərinə zərbələr endirib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Bundan əlavə, işğalçılar Ukraynaya 123 ədəd “Şahed” tipli hücum PUA-ları və digər dronlarla hücum ediblər: “Düşmənin 40 pilotsuz uçuş aparatı vurulub. Düşmənin hücumu nəticəsində Kiyev, Dnepropetrovsk (Krivoy Roq), Sumı, Poltava və Çerniqov vilayətləri zərər görüb”.

Fevralın 12-nə keçən gecə paytaxt Kiyevə endirilən raket zərbəsi nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, ölən və yaralananlar şəhərin Obolonski rayonundadırlar. Qurbanlar arasında xəstəxanaya yerləşdirilən 9 yaşlı qız da var. Rayonda iki inzibati bina dağılıb, onlardan birində yanğın başlayıb.

Rusiya tərəfi də, öz növbəsində, həyata keçirdiyi döyüş əməliyyatları barədə məlumat yayıb. Ukraynanın bir sıra hərbi obyektlərinin, eləcə də pilotsuz təyyarələrlə Ukrayna Silahlı Qüvvələrinin anqarında ABŞ və Kanadanın zirehli texnikasının məhv edildiyi bildirilib.

Paşa ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Fevral 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri