Ukrayna təzyiq altındadır: Sülh planında gizli taktika
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
"ABŞ-nin sülh planında Ukraynaya qarşı olan maddələrin çıxarılması daha çox taktiki bir gedişdir".
Bunu Redaktor.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirdi.
Onun sözlərinə görə, əsas məqsəd, təbii ki, Ukraynanın mövqeyini nəzərə alaraq rəsmi Kiyevi sülh planına razı salmaqdır:
"28 bəndlik ilkin sülh planına nəzər saldıqda görürük ki, orada bir çox müddəalar kifayət qədər absurd görünürdü və onların qəbul edilməsi faktiki olaraq qeyri-mümkün idi. Məsələn, Ukraynada rus dilinin ikinci dövlət dili elan edilməsi və ya Rusiya Pravoslav Kilsəsinə rəsmi status verilməsi kimi bəndlər vardı. Bu qədər savaşdan və dağıntılardan sonra Kiyevdən bu kimi tələblərin qəbul olunacağını gözləmək absurddur və Kiyevin buna razı olmayacağı əvvəldən bəlli idi. Mənim fikrimcə, bu cür maddələrin əvvəlcə plana daxil edilib sonra çıxarılması danışıqlar prosesinin bir hissəsi idi. Bu, Ukraynanın “bizim mövqeyimiz nəzərə alınmayıb” iradına qarşı Rusiyanın taktiki cavabı kimi görünür".
Politoloqun fikrincə, danışıqlar zamanı Ukraynanın etirazları fonunda absurd maddələr plandan çıxarılır və Kiyevə göstərilir ki, onun mövqeyi nəzərə alınır.
"Hesab edirəm ki, 28 bəndin 20 bəndə endirilməsi də məhz bu taktikanın nəticəsidir. Yəni həmin maddələr əvvəlcədən danışıqlar zamanı çıxarılmaq üçün əlavə edilmişdi və əsas məqsəd Ukraynanı plana razı salmaq idi. Bununla belə, planda prinsipial məsələlər dəyişməz olaraq qalır. Bu prinsipial məsələlərdən biri Ukraynanın bəzi ərazilərinin Rusiya üçün güzəştə gedilməsidir. Bu məsələdə ABŞ və Rusiyanın mövqeyi müəyyən mənada üst-üstə düşür. Hətta Avropa ölkələrinin böyük hissəsi də Ukraynanın ərazi məsələsində müəyyən güzəştlərə getməli olduğunu qəbul edir. Rusiyanın məqsədi bütün Donbası almaqdır, Ukrayna isə öz nəzarətində olan ərazilərdən geri çəkilmək istəmir. Danışıqlar hazırda məhz bu kontekstdə davam edir. İkinci prinsipial məsələ Ukraynanın təhlükəsizliyinin təmin edilməsidir. Ukrayna birbaşa NATO üzvlüyü istəyir, həmçinin atəşkəs əldə olunacağı halda təmas xəttinə Avropa qoşunlarının yerləşdirilməsini tələb edir. Bu kimi tələblər isə nə Rusiya, nə də ABŞ tərəfindən qəbul edilir. Yəni prinsipial məsələlərdə əhəmiyyətli dəyişiklik yoxdur".
Onun sözlərinə görə maddələrin plandan çıxarılması daha çox taktiki addımdır və əvvəlcədən məhz çıxarılmaq üçün daxil edilmiş maddələrdir.
"Ümumilikdə hazırkı mərhələdə sülh planının yaxın dövrdə konkret nəticə verəcəyi ehtimalı zəif görünür. Çünki ərazi məsələsi hələ də açıq qalır və bu, Ukraynanın xeyrinə olmayan bir vəziyyətdir. ABŞ və Avropa bildirir ki, Ukrayna ərazi məsələsində müəyyən güzəştlər etməlidir, lakin Ukrayna maksimum müqavimət göstərməyə çalışır. Bu da sülh prosesinin yaxın zamanda yekunlaşmasını çətinləşdirir. Bununla yanaşı, yaxın dövrdə əsas təzyiqin Ukrayna üzərində artırıldığını görə bilərik. ABŞ diplomatik və digər vasitələrlə, Rusiya isə hərbi istiqamətdə Kiyevə təzyiqi gücləndirəcək ki, rəsmi Kiyev sülh planına, o cümlədən ərazi məsələsinə razılıq versin. Paralel olaraq ABŞ Ukraynanı dəstəkləyən bəzi Avropa ölkələrinin prosesdə rolunu azaltmaq istiqamətində addımlar ata bilər", - deyə Asif Nərimanlı yuekunlaşdırdı.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 11 Dekabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















