Icma.az
close
up
RU
Sülh masasında gizli taktika: Kreml Ukrayna iddiası ilə imtinaya zəmin yaradır

Sülh masasında gizli taktika: Kreml Ukrayna iddiası ilə imtinaya zəmin yaradır

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

"Ukraynanın Putinin Valdaydakı iqamətgahına PUA-larla hücum etdiyi iddiası Rusiyanın müzakirə edilən sülh planını dəyişdirmək taktikasına hesablanıb.

Rəsmi Moskva bunu gizlətmir: Lavrov bəyan edib ki, danışıqlarda mövqelərinə yenidən baxacaqlar; Uşakov da “Rusiya əvvəllər əldə edilmiş bir sıra razılaşmalarla bağlı mövqeyini nəzərdən keçirəcək".

Sherg.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, Vaşinqtonla Kiyevin müzakirə etdiyi və 90 faizinin (ərazi məsələsi hələ də açıq qalır) razılaşdırıldığı deyilən sülh planında Moskvanın strateji hədəfləri əksini tapımır:

"Əvvəl gündəmdə olan 28 bəndlik plandan fərqli olaraq, burada NATO-nun genişlənməməsinə dair heç bir qeyd yer almır. Ukraynanın “neytral statusu”, eləcə də Avropa/NATO qoşunlarının yerləşdirilməməsi ilə bağlı məsələlər əksini tapmayıb. Donbas bütövlükdə Rusiyaya verilmir, əksinə bir sıra ərazilərdən rus qoşunlarının çıxarılması əks olunur və s;".

Ekspert hesab edir ki, Rusiya ərazilər məsələsində ABŞ-ın irəli sürdüyü “azad iqtisadi zona” təklifi ilə razılaşa bilər:

"“Kommersant” nəşri Putinin iş adamları ilə görüşdə dediklərinə əsasən Kremlin müzakirə haqda düşündüyünü yazmış, Peskov da məlumatı tam təsdiqləməsə də, təkzib də etməmişdi. Lakin bu, NATO-nun genişlənməməsi də daxil olmaqla istəkləri sənəddə əksini taparsa, mümkün görünür. Ki, planda bunlar yer almır. Hərçənd, Moskvanın plandan imtina etməsi “sülhə qarşı olduğu” görüntüsü yarada və Ukraynanın mövqeyini gücləndirə bilər. “Ukrayna Putinin iqamətgahına hücum edib” iddiası da mövqe dəyişikliyini əsaslandırmağa hesablanıb.

Bu iddianın Trampla Zelenskinin Florida danışıqlarından sonra ortaya atılması da səbəbsiz deyil. Görüşdən öncə Tramp Putinlə bir saatdan artıq telefon söhbəti apardı: Vaşinqton və Moskva Kiyevin ərazilərlə bağlı mövqeyinə dəyişiklik edəcəyinə ümid edirdi; Zelenskinin geri çəkilməməsi Putini imtinasını əsaslandırmaq üçün “iqamətgaha hücum” iddiasını aktuallaşdırmağa məcbur etdiyi görünür və bu taktikanın Tramp tərəfindən də dəstəkləndiyi istisna edilməməlidir; ABŞ przidentinin dedikləri – “Putinlə söhbətdə mənə bildirdi ki, onun iqamətgahına hücum edilib, bu yaxşı deyil” sözləri də bu kontekstdə diqqət çəkir.

Məqsəd Zelenskini təzyiq altına salmaq və razılaşmağa məcbur etmək kimi görünür. Moskvanın “cavab addımları” da bu istiqamətdə olacaq. Mümkündür ki, Rusiya Kiyevdə Zelenskinin iqamətgahı da daxil olmaqla hökumət binalarına hücumları təkrarlayacaq və “Putinin iqamətgahına hücum” iddiası ilə bu addımlarını legitimləşdirməyə çalışacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Dekabr 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri