Ukrayna üçün ən ciddi hərbi problem budur Qnatov
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna üçün ən ciddi hərbi problem Rusiya ballistik raketlərini ələ keçirə bilən hava hücumundan müdafiə sistemlərinin çatışmazlığıdır.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov bildirib.
“İlk növbədə söhbət Rusiyanın ballistik raketlərindən gedir. Təəssüf ki, əlimizdə olan vasitələr kifayət etmir. Düşmənin ballistik silahlarını vurmağa qadir sistemlərin daimi və kritik çatışmazlığını yaşayırıq. Bu gün üçün ən böyük çağırış məhz budur”, – deyə o bildirib.
Qnatovun sözlərinə görə, may ayında Rusiya Ukraynaya qarşı on minlərlə müxtəlif hava hücum vasitəsindən istifadə edib. Onun dediyinə görə, Ukraynanın hava hücumundan müdafiə qüvvələri hava hədəflərinin təxminən 90 faizini məhv edib.
Ukrayna Baş Qərargah rəisi qeyd edib ki, ölkənin şəhərləri, kritik infrastruktur obyektləri və qoşunları tam qorumaq üçün hələ də kifayət qədər vasitələri yoxdur.
O əlavə edib ki, Ukrayna həmçinin uzaqmənzilli döyüş sursatları, bəzi növ pilotsuz uçuş aparatları, yerüstü robotlaşdırılmış komplekslər və radioelektron mübarizə vasitələri çatışmazlığı ilə də üzləşib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 11 İyun 2026 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















