Ukrayna üçün Starlink in sürətini azaltmağı Ağ Ev əmr edib
Oxumeni.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukraynanın döyüş meydanında rabitə və dronların idarə olunması üçün ehtiyac duyduğu, hərbi məqsədli Starlink xidməti olan Amerika sisteminin – Starshield-in iş sürətinin azaldılması barədə göstəriş Ağ Evdən verilib. Oxuməni. az xəbər verir ki, bu barədə Reuters agentliyi insayderlərə istinadən məlumat yayıb.
"ABŞ Müdafiə Nazirliyinə məlumat verilib ki, SpaceX şirkətinin Starshield xidməti ukraynanılar üçün yavaşladılmalıdır", – deyə nəşrdə qeyd olunur. Məlumatdan göründüyü kimi, jurnalistlərin mənbələri vəziyyətlə tanış olan ABŞ administrasiyasının iki nümayəndəsi və digər Qərb dövlətinin bir nümayəndəsi olub. Müsahiblərin heç biri Starshield xidmətinin işini məhz kimin yavaşlatmaq qərarına gəldiyini və bu göstərişin icrasına kimin cavabdeh olduğunu dəqiqləşdirməyib.
Agentliyin ABŞ administrasiyası nümayəndələrinin Ukrayna üçün Starshield xidmətinin sürətini məhdudlaşdırmaq barədə göstəriş verib-verməməsi ilə bağlı sorğusuna məqalənin dərc olunduğu vaxta qədər Ağ Evdən rəsmi şərh alınmayıb.
Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi pilotsuz sistemlərin işini və Müdafiə Qüvvələrinin logistikasını çətinləşdirən Starshield-in fəaliyyətindəki məhdudiyyətlər barədə məlumat vermişdi, lakin oktyabrın 15-də xidmətin çöl şəraitində işinin bərpa olunduğunu bildirmişdi.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 16 Oktyabr 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















