Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Ukrayna uğrunda indi də Amerika Avropa savaşı başladı Putin Zelenski ilə görüşəcəkmi?

Ukrayna uğrunda indi də Amerika Avropa savaşı başladı Putin Zelenski ilə görüşəcəkmi?

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əziz Əlibəyli,

Sosial Tədqiqatlar Mərkəzininin Media və Kommunikasiya Departamentinin rəhbəri 

Rusiya mayın 15-də Ukraynaya İstanbulda ilkin şərt olmadan birbaşa danışıqlar aparmağı təklif etmişdi. Vladimir Putin Moskvanın dialoqa hazır olduğunu, Kiyev və Qərb tərəfdaşlarının reaksiyasını gözlədiyini bəyan edib. Bir gün əvvəl Donald Tramp Rusiyanın dərhal atəşkəslə bağlı mövqeyindən asılı olmayaraq Ukraynanı Türkiyəyə danışıqlara gəlməyə çağırıb –Zelenski razılaşıb və münaqişənin həlli üçün Vladimir Putinlə şəxsən görüşmək niyyətində olduğunu bildirib. Ekspertlər isə hesab edirlər ki, Ukrayna lideri danışıqlardan imtina etmək üçün yol axtaracaq.

Daha sonra Kreml Ukraynada atəşkəsə nail olmaq üçün şərtləri açıqladı.

Mayın 11-də gecə çıxışı zamanı (açar sözlərə baxaq) Vladimir Putin Ukraynaya 2022-ci ilin yazında kəsilmiş birbaşa danışıqları bərpa etməyi təklif edib. Bu, ona hansı dividentlər qazandırırdı:

-Təşəbbüs Putində qalsın deyə.

-Birbaşa danışıqlarda üçüncü tərəflər olmasın deyə.

-Ukraynanın ortaqlardan reaksiyalar verilsin deyə,

-2022-ci ildə olan danışıqlara dönülsün deyə.

-İstanbul danışqların mərkəzi olsun deyə.

-Kiyev üçün yeganə şansın İstanbul danışqları olması fikrini möhkəmləndirsin deyə.

Dövlət başçısının sözlərinə görə, bundan sonra Kiyev nümayəndə heyəti məsləhətləşmələrdə iştirakını dayandırıb və saziş layihəsini rədd edib. Rusiya tərəfinin məlumatına görə, bu, Qərb tərəfdaşlarının təzyiqi ilə baş verib.

Rusiyanın təklifinə cavab olaraq Zelenski deyib ki, atəşkəs olacağı təqdirdə mayın 15-də Putini İstanbulda şəxsən gözləyəcək. Onun sözlərinə görə, hərbi əməliyyatların "tam və davamlı" dayandırılması diplomatiya üçün lazımi zəmin yaradacaq.

Bəs, əsas sual: Putin Zelenski ilə görüşəcəkmi?

Dövlət Duması Putin və Zelenskinin İstanbulda görüş ehtimalını qiymətləndirib.

İstanbulda Rusiya-Ukrayna danışıqlarında əsas mövzu atəşkəs şərtlərinin müzakirəsi olacaq, Kiyev bunu artıq dəfələrlə etdiyi kimi poza bilməyəcək. Bir rus deputat atəşkəs rejiminə riayət olunmasının monitorinqi şərtlərini sülh sazişinin imzalanmasına hazırlıqda əsas şərtlər adlandırıb və həmçinin Rusiya prezidenti Vladimir Putinin Ukrayna lideri Vladimir Zelenski ilə görüşmək üçün şəxsən uçacağına şübhə edib.

Niyə Putin getməyəcək, çünki:

1."Mənə elə gəlir ki, Vladimir Vladimiroviç özü də Zelenski ilə görüşə uçmayacaq. Zelenski artıq lovğalanır, hazırlığından danışır, çünki onun sadəcə olaraq başqa yolu yoxdur. "Əvvəlki bütün razılaşmalar və atəşkəs Ukrayna tərəfindən minlərlə dəfə pozulub".

2.9 may paradından sonra 10 may ərəfəsində Avropa rəhbərlərinin Kiyev görüşünə Trampın reaksiyası olduqca ayrıcı, parçalayıcı idi və o, əslində açıqlamaları ilə alçaldıcı Avropa obrazı yaradaraq Putini üstün göstərməyə cəhd etdi. Bu halda Avropa İstanbul danışıqları ilə bağlı ABŞ-dan fərqlimi davranacaq? 3.ABŞ və Avropadan digər bir mövqe budur ki, Ukraynadan asılıdır atəşkəs rejiminə riayət etmək – bunu belə tərcümə edək – Moskvada inanmırlar ki, münaqişədə iradə Zelenskiyə məxsusdur - onunla görüş boş yerə zəhmət ola bilər. 4.Kiyevin davranışı böyük ölçüdə ABŞ-dan, həmçinin Zelenskinin “kuratorları” kimi çıxış edən Fransa və Britaniyadan asılıdır. O, təkcə Ukraynanın deyil, həm də tərəfdaşlarının sazişin icrasına zəmanət verməyə razı olmasının vacibliyini vurğulayıb. Yəni Putin kimlə görüşə gəlir? 5.Bu arada Bakıda Rusiya və Almaniya siyasi dairələrinin gizli təmaslarının növbəti raundu məhz Azərbaycan paytaxtında baş tutub. Görüşdə əsas müzakirə mövzusu Ukrayna müharibəsindən sonra fəaliyyəti dayandırılmış “Peterburq dialoqu”nun mümkün bərpası olub.6.Üstəlik, ABŞ-ın bu məsələdə mövqeyi NATO-ya üzv olan digər ölkələrin mövqeyindən fərqli ola bilər, deyə xəbərdarlıq edilir.Bu arada Britaniya və Avropa rəsmiləri tezliklə birgə müdafiə və təhlükəsizlik paktını açıqlamağa hazırlaşırlar.. Belə ki, Avropa İttifaqından çıxan London yenidən onun müdafiə siyasətinin bir hissəsinə çevriləcək. Vurğulanır ki, London və Aİ “ən böyük təhlükə” ilə üz-üzədir və müdafiə razılaşmasına ehtiyac var. Təhdidlərin xüsusilə Ukrayna münaqişəsi ilə bağlı olduğu bildirilir. Əlavə məlumat verilmir.Paktın imzalanmasının əsas məqsədi nələrdir?"Ən böyük təhlükə" deyərkən nə nəzərdə tutulurAtəşkəsi kim neçə dəfə pozub və neçə dəfə atəşkəsə cəhd edilib?

Atəşkəsə cəhdin dəqiq sayı bilinmir, lakin 2014-2025 arasında 20-30 arasında rəsmi və qeyri-rəsmi cəhd olub (Minsk, danışıqlar, humanitar dəhlizlər daxil).

Rusiya Ukraynanın on minlərlə pozuntu törətdiyini iddia edir (məsələn, 14,043 rəqəmi var); Ukrayna isə Rusiyanı yüzlərlə pozuntuda ittiham edir (informasiya müharibəsində rəqəm fərqinə diqqət)

Sual 2. Tramp, Putin və Zelenski yenidən niyə İstanbulu seçdi | Bu dəfə alınacaqmı?

Trampın təzyiqi altında Zelenski Putinlə danışıqlara dair yekun qərarını verdi.

Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenski ilə mayın 15-də danışıqlar aparmağı təklif edib. O, söhbət üçün məkan olaraq İstanbulu (Türkiyə) seçib. Zelenski cəmi bir neçə saat sonra cavab verdi. Əvvəlcə o, danışıqlara başlamaq üçün şərtlərini irəli sürdü, lakin ABŞ prezidenti Donald Trampla söhbətdən sonra Rusiyanın atəşi dayandırması tələbini aradan qaldırdı. Burda da qəribə bir nəticə meydana çıxır:

1.Türkiyə Zelenskinin İstanbula gəlmək addımından xəbərsiz imiş, rus mediasından öyrənirlər.

2.İstanbul seçimi Putinindir.

3.Orda görüşün olmasını təsdiq edən isə Trumpdır.

Lakin Trump dərhal dedi ki, rusların atəşkəs imzalayacağına inanmır və şərt kimi atəşi kəsmək tələbini Ukrayna adına görüşün müzakirəsindən çıxartdırdı. Onun fikrincə, hər iki tərəfin bəyanatları davamlı sülhə nail olmaq arzusundan deyil, özlərinə faydalı olan sövdələşmələr bağlamaq istəyindən irəli gəlir.

İkincisi, Amerika – Ukrayna minerallar sazişindən sonra Vaşinqtonun “bura bizimdir deməsi” və İstnabul danışıqlarında 10 may görüşündən sonra Avropanı prosesdən kənarda qoyması artıq başadüşüləndir.

İndi Ukrayna uğrunda belə deyə bilərikmi ki, artıq Qərb – Rusiya yox, Amerika – Avropa savaşı başladı?

Və çox deyilir ki,Rusiya və ABŞ arasında Ər-Riyadda keçirilən məsləhətləşmələrdən sonra Kiyevin mövqeyinə görə birgə bəyanat qəbul olunmayıb. Onda iki detala baxaq: necə ortaqlıq yoxdur ki, Ər – Riyad danışıqlardan sonra açıqlanan kommunikedə əslində rus-amerikan fikir birliyi əks edilib. İkincisi, Riyad görüşü nəticəsiz idisə, İstanbul təşəbbüsünə qədər cəbhədə nələr dəyişdi? Ukrayna Kursuku itirdi və bir neçə əlavə kənd rus əsgərləri tərəfindən işğal edildi.

Bəs, Putin niyə birdən - birə İstanbulu və 2022-ci ili yadına saldı?

2022-ci ildə martın 10-da Antalyada diplomatik forum çərçivəsində Ukrayna və Rusiya xarici işlər nazirləri Dmitri Kuleba və Sergey Lavrovun görüşü baş tutub və martın 29-da İstanbulda nümayəndə heyəti səviyyəsində danışıqlar başlayıb . İclasda Ukrayna tərəfi Rusiya nümayəndələrinə saziş layihəsini (“İstanbul kommünikesi” adlanan) təhvil verib ki, bu sənəddə digər məsələlərlə yanaşı, xüsusi təhlükəsizlik təminatları altında qeyri-nüvə ölkəsi kimi qoşulmama statusunu qəbul etməyə hazırlanıb və Krımın mülkiyyəti məsələsinin diplomatik yollarla həllini təklif edib. Müqavilə layihəsində Ukrayna nümayəndələrinin daha əvvəl səsləndirdiyi, qoşunların 24 fevral 2022-ci ilə qədər mövqelərə çıxarılması tələbi daxil edilməyib.

Aprel ayı ərzində tərəflər nümayəndə və işçi qrup səviyyəsində videokonfrans vasitəsilə saziş layihəsinin müzakirəsini davam etdiriblər . Welt am Sonntag qəzetinin yazdığına görə, tərəflər demək olar ki, bütün məqamlar üzrə razılığa gəliblər: Ukrayna neytrallıq, bloklara qoşulmamaq və qeyri-nüvə statusu ilə razılaşıb, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri tərəfindən təmin ediləcək Ukraynanın təhlükəsizliyinə təminat verməyə razılaşıb. Ukrayna Silahlı Qüvvələrinin texnikası və şəxsi heyətinin sayının məhdudlaşdırılması kimi qalan mübahisəli məqamların iki ölkə prezidentlərinin şəxsi görüşü zamanı müzakirə olunacağı gözlənilirdi. Lakin İstanbulda keçirilən sammitdən sonra Rusiya yeni tələblər irəli sürüb: rus dilini Ukraynada ikinci rəsmi dil etmək, qarşılıqlı sanksiyaları ləğv etmək və beynəlxalq məhkəmələrdə iddiaları dayandırmaq.

Danışıqlara üçüncü ölkələrin cəlb edilməsi zərurəti ilə birləşən yeni tələblər, cəbhədəki vəziyyətin dəyişməsi (o cümlədən, Rusiyanın Kiyevdən geri çəkilməsi və Vladimir Putin üçün həssas olan Qara dəniz donanmasının flaqmanının batması ), Buça və Kistalqonun digər şəhərlərində rus əsgərləri tərəfindən mülki əhalinin kütləvi şəkildə öldürülməsi faktlarının aşkarlanması. Krımın və Ukraynanın Donetsk və Luqansk vilayətlərinin statusu məsələsi həll olunmamış qalır. Bundan əlavə, Ukrayna rus qoşunlarının çıxarılması ilə bağlı ilkin tələbinə qayıtdı, Rusiya tərəfi bunu qeyri-konstruktiv hesab etdi. Lakin illər əzində rusların qazanclı çıxması, Ukraynada Trampın minerallar sazişi və Avropanın dörd ölkəsinin ABŞ-sız silahlanma yarışına qoşulması məsələləri Rusiya üçün əlavə problemlərə yol aça bilərdi deyə zamanı və prosesləri qabqlamağa çalışdılar.

Trampın Ukraynaya çağırışı Aİ-nin anti-Rusiya cəbhəsi planlarını alt-üst etməklə yanaşı, Putin ilk dəfə xüsusi əməliyyat terminin işlətməkdən yan keçdi.

Və dərhal Almaniya KİV-i Rusiya prezidenti Putinin İstanbulda Ukrayna ilə birbaşa danışıqları bərpa etmək təşəbbüsünü tənqid etdi. Onların fikrincə, Putin vaxta dalana dirənir və Trampın diqqətini Kremlin çevik olmayan mövqeyindən yayındırmaq istəyir.

Alman mediası mayın 11-də Ukraynanın İstanbulda birbaşa ikitərəfli danışıqlara qayıtmasını təklif edən Rusiya prezidenti Vladimir Putinin təşəbbüsünü tənqidi şəkildə qiymətləndirib. Bu, Böyük Britaniya, Almaniya, Polşa, Fransa və Ukrayna liderlərinin de-fakto ultimatumundan sonra baş verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 May 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see745

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see561

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see508

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see369

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see293

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see254

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see247

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see244

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see243

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see229

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see228

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see223

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see207

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see192

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see192

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see183

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see173

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri