Icma.az
close
up
RU
Ukrayna uğrunda indi də Amerika Avropa savaşı başladı

Ukrayna uğrunda indi də Amerika Avropa savaşı başladı

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Rusiya mayın 15-də Ukraynaya İstanbulda ilkin şərt olmadan birbaşa danışıqlar aparmağı təklif etmişdi. Vladimir Putin Moskvanın dialoqa hazır olduğunu, Kiyev və Qərb tərəfdaşlarının reaksiyasını gözlədiyini bəyan edib. Bir gün əvvəl Donald Tramp Rusiyanın dərhal atəşkəslə bağlı mövqeyindən asılı olmayaraq Ukraynanı Türkiyəyə danışıqlara gəlməyə çağırıb –Zelenski razılaşıb və münaqişənin həlli üçün Vladimir Putinlə şəxsən görüşmək niyyətində olduğunu bildirib. Ekspertlər isə hesab edirlər ki, Ukrayna lideri danışıqlardan imtina etmək üçün yol axtaracaq.
Daha sonra Kreml Ukraynada atəşkəsə nail olmaq üçün şərtləri açıqladı.
Mayın 11-də gecə çıxışı zamanı (açar sözlərə baxaq) Vladimir Putin Ukraynaya 2022-ci ilin yazında kəsilmiş birbaşa danışıqları bərpa etməyi təklif edib:
Bu, ona hansı dividentlər qazandırırdı:
• Təşəbbüs Putində qalsın deyə.
• Birbaşa danışıqlarda üçüncü tərəflər olmasın deyə.
• Ukraynanın ortaqlardan reaksiyalar verilsin deyə,
• 2022-ci ildə olan danışıqlara dönülsün deyə.
• İstanbul danışqların mərkəzi olsun deyə.
• Kiyev üçün yeganə şansın İstanbul danışqları olması fikrini möhkəmləndirsin deyə.
Dövlət başçısının sözlərinə görə, bundan sonra Kiyev nümayəndə heyəti məsləhətləşmələrdə iştirakını dayandırıb və saziş layihəsini rədd edib. Rusiya tərəfinin məlumatına görə, bu, Qərb tərəfdaşlarının təzyiqi ilə baş verib.
Rusiyanın təklifinə cavab olaraq Zelenski deyib ki, atəşkəs olacağı təqdirdə mayın 15-də Putini İstanbulda şəxsən gözləyəcək. Onun sözlərinə görə, hərbi əməliyyatların "tam və davamlı" dayandırılması diplomatiya üçün lazımi zəmin yaradacaq.
Bəs, əsas sual: Putin Zelenski ilə görüşəcəkmi?
Dövlət Duması Putin və Zelenskinin İstanbulda görüş ehtimalını qiymətləndirib.
İstanbulda Rusiya-Ukrayna danışıqlarında əsas mövzu atəşkəs şərtlərinin müzakirəsi olacaq, Kiyev bunu artıq dəfələrlə etdiyi kimi poza bilməyəcək. Bir rus deputat atəşkəs rejiminə riayət olunmasının monitorinqi şərtlərini sülh sazişinin imzalanmasına hazırlıqda əsas şərtlər adlandırıb və həmçinin Rusiya prezidenti Vladimir Putinin Ukrayna lideri Vladimir Zelenski ilə görüşmək üçün şəxsən uçacağına şübhə edib.
Niyə Putin getməyəcək, çünki:
1. "Mənə elə gəlir ki, Vladimir Vladimiroviç özü də Zelenski ilə görüşə uçmayacaq. Zelenski artıq lovğalanır, hazırlığından danışır, çünki onun sadəcə olaraq başqa yolu yoxdur. "Əvvəlki bütün razılaşmalar və atəşkəs Ukrayna tərəfindən minlərlə dəfə pozulub".
2. 9 may paradından sonra 10 may ərəfəsində Avropa rəhbərlərinin Kiyev görüşünə Trampın reaksiyası olduqca ayrıcı, parçalayıcı idi və o, əslində açıqlamaları ilə alçaldıcı Avropa obrazı yaradaraq Putini üstün göstərməyə cəhd etdi. Bu halda Avropa İstanbul danışıqları ilə bağlı ABŞ-dan fərqlimi davranacaq?
3. ABŞ və Avropadan digər bir mövqe budur ki, Ukraynadan asılıdır atəşkəs rejiminə riayət etmək – bunu belə tərcümə edək – Moskvada inanmırlar ki, münaqişədə iradə Zelenskiyə məxsusdur - onunla görüş boş yerə zəhmət ola bilər.
4. Kiyevin davranışı böyük ölçüdə ABŞ-dan, həmçinin Zelenskinin “kuratorları” kimi çıxış edən Fransa və Britaniyadan asılıdır. O, təkcə Ukraynanın deyil, həm də tərəfdaşlarının sazişin icrasına zəmanət verməyə razı olmasının vacibliyini vurğulayıb. Yəni Putin kimlə görüşə gəlir?
5. Bu arada Bakıda Rusiya və Almaniya siyasi dairələrinin gizli təmaslarının növbəti raundu məhz Azərbaycan paytaxtında baş tutub. Görüşdə əsas müzakirə mövzusu Ukrayna müharibəsindən sonra fəaliyyəti dayandırılmış “Peterburq dialoqu”nun mümkün bərpası olub.
6. Üstəlik, ABŞ-ın bu məsələdə mövqeyi NATO-ya üzv olan digər ölkələrin mövqeyindən fərqli ola bilər, deyə xəbərdarlıq edilir.
• Bu arada Britaniya və Avropa rəsmiləri tezliklə birgə müdafiə və təhlükəsizlik paktını açıqlamağa hazırlaşırlar.. Belə ki, Avropa İttifaqından çıxan London yenidən onun müdafiə siyasətinin bir hissəsinə çevriləcək. Vurğulanır ki, London və Aİ “ən böyük təhlükə” ilə üz-üzədir və müdafiə razılaşmasına ehtiyac var. Təhdidlərin xüsusilə Ukrayna münaqişəsi ilə bağlı olduğu bildirilir. Əlavə məlumat verilmir.
• Paktın imzalanmasının əsas məqsədi nələrdir?
• "Ən böyük təhlükə" deyərkən nə nəzərdə tutulur
• Atəşkəsi kim neçə dəfə pozub və neçə dəfə atəşkəsə cəhd edilib?
Atəşkəsə cəhdin dəqiq sayı bilinmir, lakin 2014-2025 arasında 20-30 arasında rəsmi və qeyri-rəsmi cəhd olub (Minsk, danışıqlar, humanitar dəhlizlər daxil).
Rusiya Ukraynanın on minlərlə pozuntu törətdiyini iddia edir (məsələn, 14,043 rəqəmi var); Ukrayna isə Rusiyanı yüzlərlə pozuntuda ittiham edir (informasiya müharibəsində rəqəm fərqinə diqqət)
Sual 2. Tramp, Putin və Zelenski yenidən niyə İstanbulu seçdi | Bu dəfə alınacaqmı?
Trampın təzyiqi altında Zelenski Putinlə danışıqlara dair yekun qərarını verdi.
Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenski ilə mayın 15-də danışıqlar aparmağı təklif edib. O, söhbət üçün məkan olaraq İstanbulu (Türkiyə) seçib. Zelenski cəmi bir neçə saat sonra cavab verdi. Əvvəlcə o, danışıqlara başlamaq üçün şərtlərini irəli sürdü, lakin ABŞ prezidenti Donald Trampla söhbətdən sonra Rusiyanın atəşi dayandırması tələbini aradan qaldırdı. Burda da qəribə bir nəticə meydana çıxır:
1. Türkiyə Zelenskinin İstanbula gəlmək addımından xəbərsiz imiş, rus mediasından öyrənirlər.
2. İstanbul seçimi Putinindir.
3. Orda görüşün olmasını təsdiq edən isə Trumpdır.
Lakin Trump dərhal dedi ki, rusların atəşkəs imzalayacağına inanmır və şərt kimi atəşi kəsmək tələbini Ukrayna adına görüşün müzakirəsindən çıxartdırdı. Onun fikrincə, hər iki tərəfin bəyanatları davamlı sülhə nail olmaq arzusundan deyil, özlərinə faydalı olan sövdələşmələr bağlamaq istəyindən irəli gəlir.
İkincisi, Amerika – Ukrayna minerallar sazişindən sonra Vaşinqtonun “bura bizimdir deməsi” və İstnabul danışıqlarında 10 may görüşündən sonra Avropanı prosesdən kənarda qoyması artıq başadüşüləndir.
İndi Ukrayna uğrunda belə deyə bilərikmi ki, artıq Qərb – Rusiya yox, Amerika – Avropa savaşı başladı?
Və çox deyilir ki, Rusiya və ABŞ arasında Ər-Riyadda keçirilən məsləhətləşmələrdən sonra Kiyevin mövqeyinə görə birgə bəyanat qəbul olunmayıb. Onda iki detala baxaq: necə ortaqlıq yoxdur ki, Ər – Riyad danışıqlardan sonra açıqlanan kommunikedə əslində rus-amerikan fikir birliyi əks edilib. İkincisi, Riyad görüşü nəticəsiz idisə, İstanbul təşəbbüsünə qədər cəbhədə nələr dəyişdi? Ukrayna Kursuku itirdi və bir neçə əlavə kənd rus əsgərləri tərəfindən işğal edildi.
Bəs, Putin niyə birdən - birə İstanbulu və 2022-ci ili yadına saldı?
2022-ci ildə martın 10-da Antalyada diplomatik forum çərçivəsində Ukrayna və Rusiya xarici işlər nazirləri Dmitri Kuleba və Sergey Lavrovun görüşü baş tutub və martın 29-da İstanbulda nümayəndə heyəti səviyyəsində danışıqlar başlayıb . İclasda Ukrayna tərəfi Rusiya nümayəndələrinə saziş layihəsini (“İstanbul kommünikesi” adlanan) təhvil verib ki, bu sənəddə digər məsələlərlə yanaşı, xüsusi təhlükəsizlik təminatları altında qeyri-nüvə ölkəsi kimi qoşulmama statusunu qəbul etməyə hazırlanıb və Krımın mülkiyyəti məsələsinin diplomatik yollarla həllini təklif edib. Müqavilə layihəsində Ukrayna nümayəndələrinin daha əvvəl səsləndirdiyi, qoşunların 24 fevral 2022-ci ilə qədər mövqelərə çıxarılması tələbi daxil edilməyib.
Aprel ayı ərzində tərəflər nümayəndə və işçi qrup səviyyəsində videokonfrans vasitəsilə saziş layihəsinin müzakirəsini davam etdiriblər . Welt am Sonntag qəzetinin yazdığına görə, tərəflər demək olar ki, bütün məqamlar üzrə razılığa gəliblər: Ukrayna neytrallıq, bloklara qoşulmamaq və qeyri-nüvə statusu ilə razılaşıb, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri tərəfindən təmin ediləcək Ukraynanın təhlükəsizliyinə təminat verməyə razılaşıb. Ukrayna Silahlı Qüvvələrinin texnikası və şəxsi heyətinin sayının məhdudlaşdırılması kimi qalan mübahisəli məqamların iki ölkə prezidentlərinin şəxsi görüşü zamanı müzakirə olunacağı gözlənilirdi. Lakin İstanbulda keçirilən sammitdən sonra Rusiya yeni tələblər irəli sürüb: rus dilini Ukraynada ikinci rəsmi dil etmək, qarşılıqlı sanksiyaları ləğv etmək və beynəlxalq məhkəmələrdə iddiaları dayandırmaq.
Danışıqlara üçüncü ölkələrin cəlb edilməsi zərurəti ilə birləşən yeni tələblər, cəbhədəki vəziyyətin dəyişməsi (o cümlədən, Rusiyanın Kiyevdən geri çəkilməsi və Vladimir Putin üçün həssas olan Qara dəniz donanmasının flaqmanının batması ), Buça və Kistalqonun digər şəhərlərində rus əsgərləri tərəfindən mülki əhalinin kütləvi şəkildə öldürülməsi faktlarının aşkarlanması. Krımın və Ukraynanın Donetsk və Luqansk vilayətlərinin statusu məsələsi həll olunmamış qalır. Bundan əlavə, Ukrayna rus qoşunlarının çıxarılması ilə bağlı ilkin tələbinə qayıtdı, Rusiya tərəfi bunu qeyri-konstruktiv hesab etdi. Lakin illər əzində rusların qazanclı çıxması, Ukraynada Trampın minerallar sazişi və Avropanın dörd ölkəsinin ABŞ-sız silahlanma yarışına qoşulması məsələləri Rusiya üçün əlavə problemlərə yol aça bilərdi deyə zamanı və prosesləri qabqlamağa çalışdılar.
Trampın Ukraynaya çağırışı Aİ-nin anti-Rusiya cəbhəsi planlarını alt-üst etməklə yanaşı, Putin ilk dəfə xüsusi əməliyyat terminin işlətməkdən yan keçdi.
Və dərhal Almaniya KİV-i Rusiya prezidenti Putinin İstanbulda Ukrayna ilə birbaşa danışıqları bərpa etmək təşəbbüsünü tənqid etdi. Onların fikrincə, Putin vaxta dalana dirənir və Trampın diqqətini Kremlin çevik olmayan mövqeyindən yayındırmaq istəyir.
Alman mediası mayın 11-də Ukraynanın İstanbulda birbaşa ikitərəfli danışıqlara qayıtmasını təklif edən Rusiya prezidenti Vladimir Putinin təşəbbüsünü tənqidi şəkildə qiymətləndirib. Bu, Böyük Britaniya, Almaniya, Polşa, Fransa və Ukrayna liderlərinin de-fakto ultimatumundan sonra baş verib.
Əziz Əlibəyli - Sosial Tədqiqatlar Mərkəzininin Media və Kommunikasiya Departamentinin rəhbəri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 May 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see360

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see304

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see267

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see265

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see264

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see260

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see254

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see254

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see248

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see240

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see238

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see221

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see215

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see212

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see211

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see207

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see205

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see199

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see193

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri