Ukrayna və Azərbaycan Orta Dəhlizin imkanlarının genişləndirilməsini müzakirə ediblər
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ukrayna ilə Azərbaycan nəqliyyat və logistika əməkdaşlığının möhkəmləndirilməsi üçün əhəmiyyətli potensiala malikdir, Qara və Xəzər dənizləri arasında yeni marşrutların inkişafı isə Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin güclənməsinə töhfə verəcək.
XQ xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşünün yekunlarına dair bildirib.
"Nəqliyyat, rəqəmsal transformasiya və müasir infrastrukturun inkişafı sahəsində Ukrayna-Azərbaycan əməkdaşlığının perspektivli istiqamətlərini müzakirə etdik. Orta Dəhlizin imkanlarının genişləndirilməsinə xüsusi diqqət ayırdıq", - səfir sosial şəbəkələrdə qeyd edib.
Qusev vurğulayıb ki, bu gün rəqəmsallaşma və nəqliyyat infrastrukturu təkcə iqtisadi inkişaf məsələləri deyil: bu, həm də iki ölkə üçün dayanıqlılıq, təhlükəsizlik və yeni strateji imkanlar məsələləridir.
Səfir həmrəyliyə, Ukraynaya göstərilən yardıma və dəstəyə, eləcə də strateji tərəfdaşlığın dərinləşdirilməsi məqsədilə əməkdaşlığa görə nazir Rəşad Nəbiyevə və Azərbaycana təşəkkür edib.
"Qarşıda birgə iş və yeni imkanlar üçün çoxlu fürsətlər var", - diplomat vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 15 Sentyabr 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















