Boçorişvili və Fidan Orta Dəhlizin inkişafını müzakirə ediblər
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən görüş zamanı Orta Dəhlizin inkişafını müzakirə ediblər.
"Cebheinfo.az" Gürcüstan Xarici İşlər Nazirliyinə istinadən verir ki, görüş Gürcüstan, Türkiyə və Azərbaycanın xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində keçirilib.
Tərəflər Gürcüstan-Türkiyə strateji tərəfdaşlığının inkişaf perspektivlərini müzakirə edib, həmçinin iki ölkə arasında sahəvi əməkdaşlığı müsbət qiymətləndiriblər.
Bundan başqa, Orta Dəhlizin inkişafı prosesində iki ölkə arasında əməkdaşlığa və bununla bağlı strateji layihələrin uğurla həyata keçirilməsinin vacibliyinə xüsusi diqqət yetirilib.
Nazirlər regionda proseslərin mövcud dinamikasını qeyd edib, sülhün, sabitliyin və dayanıqlı inkişafın təmin edilməsində Gürcüstan və Türkiyənin rolunun əhəmiyyətini vurğulayıblar.
Boçorişvili və Fidan həm ikitərəfli formatda, həm də çoxtərəfli platformalar çərçivəsində sıx əməkdaşlığı davam etdirməyə hazır olduqlarını təsdiq ediblər.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 08 İyun 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















