Ukrayna və Rusiya yaya qədər atəşkəs elan edə bilər Zelenski
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna və Rusiya yaya qədər atəşkəs elan edə bilər, lakin bunun üçün ABŞ-ın təcavüzkara təzyiq göstərməsi vacibdir.
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Döyüşlərin yaya qədər dayandırılmasının real olub-olmaması təkcə Ukraynadan deyil, həm də Rusiyaya təzyiq göstərməli olan Amerikadan asılıdır. Əgər təkcə Ukrayna tərəfində deyil, həm də Rusiyada istək varsa, onda biz yaya qədər düşmənçiliklərə son qoya biləcəyik", - deyə Zelenski hesab edir.
Ukrayna lideri, həmçinin əlavə edib ki, atəşkəsdən əvvəl ABŞ ilə Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında sənədin imzalanması, ölkənin müharibədən sonrakı yenidən qurulmasını müəyyən edəcək Ukrayna üçün bərpaya dair sənədin imzalanması və bunun üçün həm amerikalıların, həm də avropalıların iştirakı, 20 maddəlik Sülh Planı, xüsusən də Donetsk bölgəsinin gələcəyi barədə razılığın əldə edilməsi, Sülh Planının referenduma təqdim edilməsi vacibdir.
"Düşünürəm ki, bütün bunları yaydan əvvəl edə bilərik", - deyə Prezident qeyd edib.
Xatırladaq ki, Zelenski bundan öncə Amerika tərəfinin müharibəni iyun ayına qədər bitirməyə çalışdığını və danışıqlar üçün cədvəl üzərində işlədiyini açıqlamışdı.
Zelenski, həmçinin bildirib ki, ABŞ təhlükəsizlik zəmanətləri də daxil olmaqla bütün əsas müqavilələri eyni vaxtda imzalamaq imkanını nəzərdən keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 11 Fevral 2026 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















