Icma.az
close
up
RU
Ukraynada 40 km lik bufer zonası yaradılacaq?

Ukraynada 40 km lik bufer zonası yaradılacaq?

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, 5 avropalı diplomata istinad edən “Politico” nəşri belə məlumat yayıb.
“Bufer zonası Ukraynada müharibədən sonrakı nizamlanma və ya atəşkəs üçün hərbi və mülki məmurların müzakirə etdikləri bir neçə təklifdən biridir. Belə zonanın dərinliyinin nə qədər olması ilə bağlı ölkələr arasında konsensus yoxdur. Eyni zamanda, Ukraynanın ərazi güzəştlərindən söhbət getdiyindən Kiyevin buna razı olub-olmayacağı bəlli deyil”, - materialda deyilir.
Diplomatların sözlərinə görə, ABŞ hələlik bu müzakirələrdə iştirak etmir. Rəsmilərin kövrək sülhü təmin etmək üçün Ukrayna ərazisinin bir hissəsini bloklamağı nəzərdən keçirməsi NATO müttəfiqləri arasında yaranmış çarəsizliyin əlamətidir.
Pentaqonun keçmiş yüksək vəzifəli məmuru Cim Taunsend bildirib ki, ruslar avropalılardan qorxmurlar və əgər Avropada bir neçə britaniyalı və fransız müşahidəçinin rusların Ukraynaya müdaxiləsinə mane olacağını düşünürlərsə, səhv edirlər.
- Demarkasiyanın böyük tarixi əhəmiyyəti var. Avropalı diplomatlar onu texniki cəhətdən hələ də müharibə şəraitində olan Şimali və Cənubi Koreya arasındakı ciddi şəkildə qorunan sərhədlə yox, daha çox Almaniyanın Soyuq Müharibə zamanı bölünməsi ilə müqayisə edirlər”, - qəzet yazır.
Bufer zonasına nəzarət edəcək qoşunların sayına gəlincə, məmurlar 4 mindən 60 minə qədər sülhməramlı barədə müzakirə aparırlar. Lakin hələlik heç bir ölkə bununla bağlı rəsmi öhdəlik götürməyib. ABŞ prezidenti Donald Tramp daha əvvəl Amerika qoşunlarının Ukraynaya göndərilməsi ehtimalını rədd etmişdi.
Nəşr bildirir ki, NATO artıq alyansın şərq cinahını Rusiyanın gələcək hücumundan qorumaq üçün 300 min əsgərdən ibarət qüvvə hazırlamağa çalışır. İki diplomatın dediyinə görə, istənilən sülhməramlı qüvvə ikili rola malik olacaq: Ukrayna hərbçilərinə təlim keçəcək və demilitarizasiya zonası yaxınlığında patrul xidməti göstərəcək.
“Xarici hərbi kontingentin əsas hissəsini fransız və ingilis qoşunları təşkil edəcək və onlar digər müttəfiqləri hərbi dəstək verməyə çağırırlar. Eyni zamanda, Ukraynaya qoşun göndərmələrinin onları Rusiyanın hücumuna məruz qoyacağından ehtiyatlanan Polşa və Almaniya buna qarşı çıxıblar”, - avropalı diplomatlar vurğulayıblar.
Xatırladaq ki, bufer zonası bir ərazini digərindən ayırmaq üçün yaradılan ərazidir. Beynəlxalq münasibətlərdə münaqişə tərəfləri arasında gərginliyi azaltmaq və birbaşa toqquşma riskini minimuma endirmək üçün istifadə olunur.
Belə zonalar digər məqsədlər üçün, xüsusən də sanitariya-epidemioloji və ya ekoloji təhlükəsizliyin təmin edilməsi, mədəniyyət abidələrinin və tarixi irsin qorunması üçün də yaradıla bilər.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://azvision.az
archiveBu xəbər 29 Avqust 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri