Ukraynada bütün prezidentlər ilk növbədə, pul haqqında düşünür Lukaşenko
Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Ukraynanı hərbi münaqişəyə aparan Maydan hərəkatı deyil, oliqarxiya oldu".
Teleqraf.com "BELTA" nəşrinə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Hər şey ədalətsizlikdən, nəhəng bir klanın - Ukraynanı boğan oliqarxiyanın meydana çıxması ilə başladı. Nəticədə bu oliqarxiya yavaş-yavaş ölkəni müharibəyə sürüklədi” - Belarus rəhbəri bildirib.
Lukaşenko Zelenskini haqqında da danışıb.
“Cibində külli miqdarda pulu olanlar, onları bərk-bərk sıxırlar. Sonra isə artıq dövlət haqqında düşünmürsən”, - Lukaşenko hesab edir.
Onun sözlərinə görə, Ukraynada bütün prezidentlər ilk növbədə pul haqqında düşünürdülər.
"Ona görə də hər şey ədalətsizlikdən başlayır", - Belarus lideri sonda deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 07 Yanvar 2025 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















