Icma.az
close
up
RU
Ukraynada nə qədər əmək qabiliyyətli insan qalıb?

Ukraynada nə qədər əmək qabiliyyətli insan qalıb?

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Ukraynada Rusiyanın hücumundan sonra aktiv döyüş fazasının başlanmasına qədər 18 milyon əmək qabiliyyətli insan var idi. 

Qaynarinfo xəbər verir ki, bu barədə iqtisadçı və İqtisadi Diskussiya Klubunun üzvü Oleq Penzin məlumat verib.

"Bizim 6,8 milyon vətəndaşımız ölkəni tərk edib, onların təxminən 4 milyonu əmək qabiliyyətli yaşda olan iqtisadi aktiv insanlardır", deyə Oleq Penzin "Kiyev24" kanalının efirində bildirib.

Penzin qeyd edib ki, Ukraynada 2000-ci ildən bəri əhali siyahıyaalması aparılmayıb və buna görə də, əhali sayı ilə bağlı bütün hesablamalar ekspert rəylərinə əsaslanır.

"Bu hesablamalara əsasən, bizdə 14 milyon əmək qabiliyyətli insan qalıb", deyə ekspert vurğulayıb.

O qeyd edib ki, bu rəqəmdən 6,5 milyon insan vergiləri ödəyən leqal biznesdə çalışır, 3 milyonu isə büdcədən maaş alır, o cümlədən təhlükəsizlik və müdafiə sektorunda işləyir.

Bundan əlavə, Penzin baş nazir Denis Şmıqalın 98 faiz çağırış vərəqələrinin vergilərini ödəməyən şəxslərə göndərildiyi barədə bəyanatına da münasibət bildirib. O, bunu belə izah edib:

"Dövlət Vergi Xidməti çağırış vərəqələrini göndərməyib, bunu Hərbi Komissarlıqlar və Müdafiə Nazirliyi edib, onların dəqiq vergi ödəyiciləri bazası yoxdur".

Hazırda Ukraynada müxtəlif səbəblərdən işləməyən təxminən 8 milyon iqtisadi cəhətdən qeyri-aktiv insan yaşayır. Bu barədə Ukraynanın iqtisadiyyat nazirinin müavini Tatyana Berejna məlumat verib. O qeyd edib ki, hökumət bu 8 milyon insanı iş fəaliyyətinə cəlb etməyə yönəlməlidir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Noyabr 2024 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri