Ukraynada Patriot raketi istehsal ediləcək?
Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Patriot raketlərinin "daha az inkişaf etmiş" versiyalarını istehsal etmək üçün lisenziyanın Ukraynaya verilməsini təklif edib. Ağ Ev rəhbəri bunu Air Force One təyyarəsində jurnalistlərə bildirib. "Biz (lisenziyanın ötürülməsini - red.) daha az inkişaf etmiş bir versiyanı müzakirə edirik. Nədən danışdığımı bilirsinizmi? Əhəmiyyətli dərəcədə daha az inkişaf etmiş (versiyalar - red.)", - deyə Amerika prezidenti qeyd edib.
Tramp həmçinin bildirib ki, ABŞ hazırda əvvəlkindən daha çox Patriot raketi istehsal edir.
Onun sözlərinə görə, ABŞ-da müəyyən növ silahların böyük ehtiyatları var. Eyni zamanda, o, "elit" sursatların əhəmiyyətli bir hissəsinin artıq Ukraynaya köçürüldüyünü, lakin Vaşinqtonun ehtiyatlarını sürətlə artırdığını qeyd etdi.
Avqustun əvvəlində Ukrayna hökumətinin "Patriot" raketləri üçün müraciətini şərh edən Ağ Ev rəhbəri ABŞ ordusunun da sursata ehtiyacı olduğunu bildirdi. Daha sonra o, ABŞ arsenalının tükənməsini ABŞ-ın 46-cı prezidenti Co Baydenin siyasəti ilə əlaqələndirdi.
Daha əvvəl Tramp "The Washington Post" qəzetində Ukraynanın müstəqil şəkildə "Patriot" raketləri istehsal etməsinə icazə verilməsini təklif edən məqalə yaymışdı.
2 sentyabrda ABŞ dövlət katibi Marko Rubio Kiyev və Vaşinqtonun Ukraynada "Patriot" raketlərinin istehsalı imkanlarını müzakirə etdiklərini, lakin bunun Ukraynanın hava hücumundan müdafiə ehtiyaclarına tez bir zamanda həll yolu verməyəcəyini bildirdi.
VƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 14 Sentyabr 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















