Ukraynada Su 24M qəzaya düşdü, ölənlər var
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) Xmelnitski vilayətində hərbi təyyarəsi qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna HHQ-nin rəsmi “Telegram” kanalında bəyanat yayılıb.
Bəyanatda bildirilir ki, hadisə iyunun 16-sı saat 19:00 radələrində qeydə alınıb. Ukrayna Silahlı Qüvvələrinin Pyotr Franko adına 7-ci taktiki aviasiya briqadasına məxsus “Su-24M” cəbhə bombardmançı təyyarəsi Xmelnitski vilayətində tapşırıq yerinə yetirərkən qəzaya uğrayıb.
Qəza nəticəsində təyyarənin ekipaj üzvləri – pilot, mayor Boqdan Zaqurlyuk və şturman, baş leytenant Boqdan Babenko həlak olublar.
Hazırda təyyarənin düşdüyü ərazidə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. İlkin məlumatlara görə, qəza zamanı mülki əhali arasında xəsarət alan olmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 17 İyun 2026 02:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















