Ukraynada Trampa büst qoyula bilər
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukraynanın Odessa şəhərinin mərkəzində rus şair Aleksandr Puşkinin abidəsinin ABŞ Prezidenti Donald Trampın büstü ilə əvəzlənməsi tələbi ilə petisiya şəhərin saytında yerləşdirilib.
Teleqraf xəbər verir ki, yerli hakimiyyət orqanlarının müraciətə baxması üçün petisiya üç ay ərzində 1000 imza toplamalıdır.
Petisiyanın müəllifinin fikrincə, Puşkin büstünün dəyişdirilməsi məsələsi Odessa və ümumilikdə Ukraynada tarixi-mədəni simvolların yenidən dərk edilməsi baxımından aktualdır.
Müəllif Trampı “XXI əsrin dünya siyasətində ən diqqətçəkən fiqurlardan biri” adlandırıb və ABŞ Prezidentinin büstünün Odessanın mərkəzində quraşdırılmasının müasir bədii ifadə forması baxımından ictimai müzakirəyə səbəb ola biləcəyini düşünür. Təşəbbüskar Puşkinin büstünün sökülərək muzeyə köçürülməsini təklif edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 08 Yanvar 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















