Icma.az
close
up
RU
Ukraynada Trampa və ABŞ yə etimad azalır

Ukraynada Trampa və ABŞ yə etimad azalır

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AzVision.az xəbər verir ki, Kiyev Beynəlxalq Sosilologiya İnstitutunun (KBSİ) keçirdiyi sorğunun nəticələsinə əsasən, əgər 2024-cü ilin dekabrında ukraynalıların 54%-i Trampın prezidentliyi ilə bağlı nikbin olduğunu bildirirdisə, 2025-ci ilin martında respondentlərin 73%-i Trampın hakimiyyətə gəlməsinin Ukrayna üçün pis olduğunu söyləyiblər. Yalnız 19% o zaman müsbət gözləntilərə sadiq qalıb.
2025-ci ilin may ayına - iyunun əvvəlinə təsadüg edən məlumata görə, bu rəqəmlər demək olar ki, dəyişməz qalıb: 72% Trampın seçilməsini mənfi, 16% isə müsbət amil hesab edir.
Müttəfiq kimi ABŞ-yə münasibət də pisləşib. İndi ukraynalıların 58%-inin fikrincə, Vaşinqton Ukraynadan bezib, dəstəyini zəiflədir və güzəştə getməsi üçün Kiyevə təzyiq edir. Respondentlərin yalnız 32%-i əmindir ki, ABŞ Ukrayna üçün müharibənin məqbul şəkildə başa çatmasında maraqlı olan etibarlı tərəfdaş kimi qalır.
Eyni zamanda, Avropa haqqında təsəvvür əhəmiyyətli dərəcədə müsbət olaraq qalır: ukraynalıların 64%-i Avropa ölkələrini etibarlı müttəfiqlər hesab edir, 24%-i isə bununla razılaşmır.
Ukraynalılar Rusiyaya güzəştə qarşı çıxırlar Amerikanın xarici siyasətinin tənqid olunmasına baxmayaraq, ukraynalılar ümumilikdə ABŞ-yə isti münasibət bəsləyirlər: 63% ölkə haqqında müsbət, 29% mənfi fikirdədir. Bununla yanaşı, respondentlərin 90%-i amerikalılara xalq kimi müsbət münasibət bəsləyir, onların yalnız 24%-i Amerika rəhbərliyinə müsbət, 68%-i isə mənfi münasibət sərgiləyir.
KBSİ-nin sorğusu 2025-ci il mayın 15-dən iyunun 3-dək 1011 respondent arasında aparılıb.
Xatırladaq ki, KBSİ-nin keçirdiyi daha bir sorğunun nəticələrinə görə, ukraynalıların mütləq əksəriyyəti sülhün sürətlə əldə edilməsi və dövlətin müstəqilliyinin qorunması üçün istənilən ərazi güzəştlərinin qəti əleyhinə çıxırlar.
Bundan əvvəl Dünya Bankı ABŞ və Avropa İttifaqının (Aİ) Ukraynaya yardımının kritik rolunu qeyd edib. Bununla yanaşı, Avropa əhalisi arasında Ukraynaya dəstək səviyyəsi yüksək olaraq qalır: “Avrobarometr” sorğu mərkəzinin məlumatına görə, avropalıların 76%-i Kiyevə maliyyə və humanitar yardımı dəstəkləyir.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://azvision.az
archiveBu xəbər 12 İyun 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri