Ukraynada Trampa məxsus platforma bloklandı
Icma.az, Oxu.az saytına istinadən bildirir.
ABŞ Prezident Donald Trampa məxsus olan "Truth Social" platforması Ukraynada bloklanıb.
Oxu.Az bu barədə tsargrad.tv-yə istinadla xəbər yayıb.
Bildirilir ki, bu gündən etibarən Ukraynada sözügedən platformaya qoşulmaq qeyri-mümkün olub.
Qeyd edilib ki, bu, Trampın, həm də onun administrasiyasının bir çox yüksəkvəzifəli üzvlərinin - Marko Rubio, İlon Mask və başqalarının Volodimir Zelenskiyə qarşı tənqid atəşinə reaksiyadır.
Xatırladaq ki, jurnalist Taker Karlson və DOGE rəhbəri İlon Mask Ukraynada söz azadlığının olmaması, faktiki olaraq bütün televiziya kanallarının bağlanması və istənilən müxalifət mətbuatının məhv edilməsinə görə Zelenskini açıq şəkildə tənqid ediblər.

Putin Trampa Ukraynada ədalətli nizamlanma məqsədini təsdiqlədi
20 May 2025 14:21
Ukraynada Trampa və ABŞ yə etimad azalır
12 İyun 2025 12:34
Ukraynada sülhlə bağlı Trampa 3 plan təklif olunub
04 Dekabr 2024 14:57
Trampa dedim ki, Ukraynada müharibənin taleyi ondan asılıdır TOKAYEV
03 Yanvar 2025 13:13
KİV: Putin Trampa Rusiyanın Ukraynada genişmiqyaslı hücumunun anonsunu verib
14 İyul 2025 10:29

