AZAL Bakıdan Qroznı və Mahaçqalaya aviareysləri dayandırıb
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
İstintaq prosesi başa çatana qədər "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılır.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC (AZAL) məlumat yayıb.
Qeyd edilib ki, digər istiqamətlərdə uçuşlar ştat rejimində cədvələ uyğun həyata keçirilir.
Xatırladaq ki, bu gün Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb. Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqəli dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.

Bakıdan Qroznı və Mahaçqalaya uçuşlar DAYANDIRILIR
25 Dekabr 2024 18:27
Vitse spiker Mahaçqalaya gedir
17 Aprel 2025 15:13
Qəzanən dəhşətli səbəbi: Qroznı AZAL təyyarəsini qəbul etməyib!
25 Dekabr 2024 11:21
AZAL Bakıdan Həştərxana uçuşları dayandırır
03 Fevral 2025 11:53
Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya
27 Fevral 2025 21:34

