Ukraynalı politoloq Trampın Rusiyaya təzyiq göstərmək qabiliyyətinə şübhə edib
Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna kontekstində Rusiyaya qarşı “effektiv təzyiq vasitələri” olması ehtimalı azdır.
Bu fikirləri Almaniyanın “Der Spiegel” nəşrinə müsahibəsində ukraynalı politoloq Vladimir Fesenko deyib.
O, Rusiya prezidenti Vladimir Putinlə Tramp arasında nizamlanma üzrə danışıqların yaxın vaxtlarda baş tutacağına şübhə etdiyini bildirib.
Fesenko həmçinin qeyd edib ki, hazırda Ağ Evin gələcək rəhbərinin Ukrayna ilə bağlı “əsl sülh planı” yoxdur.
Qeyd edək ki, bir müddət əvvəl Tramp Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün Rusiya lideri ilə görüşü gözləyəcəyini bildirib. Birbaşa xətt zamanı Putinin özü Trampla mümkün danışıqlara dair sualı cavablandırarkən qeyd edib ki, Moskva dialoqa hazırdır.
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 26 Dekabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















