Icma.az
close
up
RU
Ukraynanın 3 illik acı reallığı: yuxusuz gecələr, adiləşən ölümlər...

Ukraynanın 3 illik acı reallığı: yuxusuz gecələr, adiləşən ölümlər...

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna-Rusiya müharibəsinin başlanmasının dördüncü ilində bir sıra Avropa liderləri Kiyevdə keçirilən zirvə toplantısında iştirak edib. Müharibənin 3 ilin geridə qoyması fonunda baş verən proseslər Ukraynaya üçün təhlükəli hesab edilir. Kiyev artıq ən etibarlı müttəfiqi olan ABŞ-nin dəstəyinə şübhə ilə yanaşır.

ABŞ prezidenti Donald Tramp ötən həftə Ukrayna prezidenti Volodimir Zelenskini "populyar olmayan diktator" adlandırıb və ona tez bir sülh sazişi bağlamağı tövsiyə edib. Trampın fikrincə, əks halda Ukrayna müharibəni uduza bilər. Zelenski isə cavab olaraq Trampın "dezinformasiya ilə əhatələndiyini" bildirib.

Bu söz müharibəsinin fonunda ABŞ rəsmiləri keçən həftə Səudiyyə Ərəbistanında Rusiya ilə birbaşa danışıqlara başlayıb. Danışıqlar Ukrayna və Avropanın prosesdən kənarda qalması ilə ABŞ-nın müharibəyə yanaşmasında gözlənilməz dəyişikliyi göstərir. Vaşinqton Kiyevin arzuladığı təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya qoşun göndərməyəcəyini açıq şəkildə bəyan edib. Bu isə Avropa dövlətlərinin üzərinə əlavə məsuliyyət qoyub.

Zelenski Avropanı öz ordusunu yaratmağa çağırıb, eyni zamanda ABŞ-ni müharibəyə daha praqmatik yanaşmağa səsləyib. O, cümə günündən bəri əsasən Avropa liderləri ilə ondan çox telefon danışığı apararaq gələcək addımları müzakirə edib.

Kiyevdə təntənəli anım mərasimi və Zirvə Toplantısı

Müharibənin üçüncü ildönümündə Kiyevdə keçirilən zirvə toplantısına Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen, Avropa Şurasının Prezidenti Antonio Kosta, eləcə də Kanada, Danimarka, İslandiya, Latviya, Litva, Finlandiya, Norveç, İspaniya və İsveçin liderləri qatılıb. Albaniya, Böyük Britaniya, Xorvatiya, Çexiya, Almaniya, Yaponiya, Moldova, Niderland, Polşa, İsveçrə və Türkiyənin liderləri isə görüşə videobağlantı vasitəsilə qoşulub.

Zirvə iştirakçıları müharibədə həlak olan ukraynalı əsgərlərin xatirəsinə ehtiramlarını bildirib və Kiyevin mərkəzi meydanında ucaldılmış bayraqlardan ibarət memorial önündə sükutla dayanıblar. Sonradan keçirilən görüşlər zamanı hava hücumu siqnalları səslənsə də, raket hücumu qeydə alınmayıb.

Davam edən çətinliklər...

Müharibə nəticəsində minlərlə ukraynalı həyatını itirib, altı milyondan çox insan isə qaçqın düşüb. Rusiya Prezidenti Vladimir Putinin əmri ilə başlanan hücum Avropada İkinci Dünya Müharibəsindən sonra ən qanlı münaqişəyə çevrilib.

Hər iki tərəfdəki itkilər barədə rəsmi rəqəmlər açıqlanmasa da, Qərb kəşfiyyat mənbələri on minlərlə əsgərin həlak olduğunu və ya yaralandığını bildirir. Ukraynada hərbi dəfn mərasimləri artıq adi hala çevrilib. Xalq davamlı hava hücumu siqnalları səbəbindən yuxusuz gecələr keçirir və yorğun düşüb.

​​​​​

Rusiya hücumları və Ukraynanın müdafiəsi

Ötən gecə Rusiya Ukraynaya 185 pilotsuz uçuş aparatı ilə hücum edib, lakin Ukrayna Hərbi Hava Qüvvələri ciddi ziyan qeydə alınmadığını açıqlayıb. Eyni zamanda, Ukrayna ordusu Rusiyanın Ryazan neft emalı zavodunu vurduğunu bildirib. 

Cəbhə xəttində isə Ukrayna əsgərləri sayca üstün olan rus qüvvələri ilə mübarizəni davam etdirir. ABŞ-nin hərbi yardımlarının gələcəyi sual altına düşdüyü üçün Ukraynanın müdafiəsi daha da çətinləşib. Avropa ölkələrinin bu boşluğu nə dərəcədə doldura biləcəyi hələ ki, məlum deyil.

Ukraynanın xarici siyasəti və ABŞ ilə münasibətlər

Ukraynanın keçmiş xarici işlər naziri Pavlo Klimkinin fikrincə, Zelenski Vaşinqtonla strateji münasibətləri qoruyub saxlamağa çalışmalı və eyni zamanda Avropa ilə əlaqələri gücləndirməlidir. Bundan əlavə, Ukrayna Çin və Hindistan kimi ölkələrlə də diplomatik kanallarını genişləndirməlidir.

O, ABŞ-la münasibətlərin hələ ki, böhran həddinə çatmadığını düşünsə də, Trampın çıxışlarını "qısamüddətli fırtına" kimi qiymətləndirib və bunun tezliklə səngiyəcəyini bildirib. Klimkin Ukraynanın ədalətli və uzunmüddətli sülh sazişi əldə edəcəyinə bu il ərzində ümid bəsləmədiyini, lakin atəşkəs barədə müəyyən razılaşmaların mümkünsüz olmadığını qeyd edib.

Ukrayna və ABŞ arasında mübahisəli razılaşma 

ABŞ və Ukrayna arasında aparılan danışıqlardan biri də Kiyevin mineral sərvətlərinin ABŞ-yə verilməsi ilə bağlıdır. Tramp administrasiyası Ukraynanın ABŞ-dən aldığı dəstəyə qarşılıq olaraq yüz milyardlarla dollar dəyərində iqtisadi yardımı geri tələb edir.

Zelenski bu ayın əvvəlində ona təqdim olunan ilkin müqavilə layihəsini imzalamaqdan imtina edib. O, razılaşmanın Ukraynanın maraqlarına uyğun olmadığını və lazımi təhlükəsizlik zəmanətlərini ehtiva etmədiyini bildirib.

ABŞ rəsmiləri müzakirələr zamanı Elon Maskın "Starlink" peyk internet sisteminə Ukraynanın çıxışının məhdudlaşdırılmasını nəzərdə tutan variantları da müzakirə ediblər. "Starlink" Ukraynanın hərbi əməliyyatlarında mühüm rol oynayır və onun kəsilməsi ciddi nəticələrə səbəb ola bilər.

Bundan əlavə, Tramp Ukraynada hərbi vəziyyətə baxmayaraq seçkilərin keçirilməsini tələb edir. Rusiya isə uzun müddətdir ki, Zelenskini legitim lider kimi tanımır. Zelenskinin prezidentlik müddəti ötən ilin mayında başa çatıb, lakin müharibə səbəbilə yeni seçkilər keçirilməyib.

Zelenski bazar günü bəyan edib ki, əgər bu, Ukraynanın NATO-ya üzvlüyünü təmin edərsə, prezidentlikdən getməyə hazırdır. Lakin yaxın perspektivdə sülh danışıqlarının hansı istiqamətdə inkişaf edəcəyi hələ ki, qeyri-müəyyəndir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Fevral 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri