“Ukraynanın Aİ yə üzvlüyü Polşa kənd təsərrüfatı üçün təhlükədir”
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Polşa Prezidenti Karol Navrotski Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünün Polşa kənd təsərrüfatı üçün təhlükə yaratdığını bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, videobəyanatında bildirib.
Navrotskinin sözlərinə görə, Varşava Kiyevin istəklərini anlayışla qarşılayır, lakin Polşa fermerlərinin və kənd təsərrüfatı məhsulları istehsalçılarının maraqları onlar üçün daha üstündür.
O, Polşanın öz kənd təsərrüfatını “ideologiyaya” və ya xarici qərarlara qurban verməməli olduğunu əlavə edib.
Xatırladaq ki, daha əvvəl Karol Navrotski Ukrayna lideri Volodimir Zelenskini ölkənin ən yüksək mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edib. O bu qərarını Ukrayna Silahlı Qüvvələrinin bir bölməsinə “UPA qəhrəmanları” adının verilməsi ilə izah edib. Buna etiraz olaraq, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Ukrayna Prezident aparatının rəhbəri Kirill Budanov onlara verilmiş Polşa dövlət mükafatlarından imtina ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 20 İyun 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















