“Ukraynanın Aİ yə üzvlüyü Avropa üçün də mühümdür” Zelenski
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Ukraynanın Avropa İttifaqına daxil olması təkcə Kiyev üçün deyil, həm də Avropa üçün təhlükəsizliyin əsas təminatlarından biridir”.
525.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Avropanın ümumi gücü həm də Ukraynanın təhlükəsizlik, texnoloji və iqtisadi töhfələri sayəsində mümkündür. Buna görə də biz konkret bir tarixdən - 2027-ci ildən danışırıq və tərəfdaşlarımızın mövqeyimizə dəstəyinə ümid edirik”, - deyə o qeyd edib.
Xatırladaq ki, Vaşinqton tərəfindən təqdim edilən ABŞ sülh planı Ukraynanın Avropa İttifaqına sürətləndirilmiş şəkildə — 2027-ci ildən gec olmayaraq - daxil olmasını nəzərdə tutur. Vaşinqton inanır ki, Macarıstanın və belə bir addıma şübhə ilə yanaşan digər ölkələrin müqavimətini qıra bilər.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 27 Yanvar 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















