Ukraynanın Aİ yə üzvlüyü üçün “sadələşdirilmiş yol” nəzərdə tutulmur Kallas
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, Ukraynanın Aİ-yə üzv olması üçün heç bir “sadələşdirilmiş yol” mövcud deyil.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Aİ–Ukrayna Assosiasiya Şurasının növbəti iclasından sonra keçirilən mətbuat konfransında danışıb.
“Avropa İttifaqına üzv olmaq üçün heç bir asan yol yoxdur, lakin Ukrayna döyüş şəraitində belə Avropa yoluna sadiqliyini nümayiş etdirir,” – deyə Kallas bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı hazırda Ukrayna qanunvericiliyini Aİ standartlarına uyğunluq baxımından təhlil edir. Kallas əlavə edib ki, bu sahədə artıq “yaxşı irəliləyiş” əldə olunub.
Qeyd edək ki, milli qanunvericiliyin Avropa İttifaqı qanunlarına uyğunluğunun qiymətləndirilməsi üzvlük danışıqlarının ilkin mərhələsini təşkil edir. Bu qiymətləndirmə əsasında Brüssel Ukraynadan hansı islahatların tələb olunacağını müəyyənləşdirir.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 09 Aprel 2025 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















