Ukraynanın müdafiə naziri: “Ramştayn”də “Dronlar divarı”nın yaradılması müzakirə olunub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Kiyev, 16 oktyabr, AZƏRTAC
Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasında bu ölkədə “Dronlar divarı”nın yaradılması, konkret olaraq daha çox pilotsuz uçuş aparatları istehsalı müzakirə olunub.
AZƏRTAC “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal Brüsseldə Təmas Qrupunun iclasının yekunlarına dair NATO-nun Baş katibi Mark Rütte ilə birgə mətbuat konfransı zamanı bildirib.
“Biz başa düşürük ki, Rusiya bizim enerji obyektlərimizi və mülki infrastrukturumuzu məhv etməkdə davam edəcək. Buna görə də bizə daha çox ələ keçirici lazımdır. NATO Avropanın şərq cinahıdır. Biz bu gün də bu imkanı müzakirə etmişik”, - deyə o qeyd edib.
D.Şmıqal “Ramştayn” formatında Ukraynanın müdafiəsi məsələlərinə dair Təmas Qrupunun 31-ci iclasında tərəfdaşlar qarşısında çıxışında səslənən prioritetləri açıqlayıb.
“Bizimlə çiyin-çiyinə dayanan hər bir dövlətə minnətdaram”, - deyə o qeyd edib.
Müdafiə naziri bəyan edib ki, tərəfdaşlar qarşısında çıxışı zamanı o, üç əsas prioritet üzərində dayanıb. Bu, PURL təşəbbüsü - Amerika istehsalı təchizatın məqsədyönlü maliyyələşdirmə vasitəsilə Ukraynanı kritik ehtiyac duyulan silahlarla təmin etməyə imkan verən ABŞ-NATO təşəbbüsüdür.
“Biz təşəkkür edirik və yeni dövlətlərin qoşulmasını alqışlayırıq. Bu il üçün PURL hərəkət planı tam şəkildə həyata keçirilməlidir. Biz vaxtında çatdırılmaların təmin edilməsi üçün davamlı koordinasiyaya və maliyyələşdirməyə güvənirik. Gələn il PURL ehtiyacları 12 milyard dollardan 20 milyard dollara çatacaq”, - deyə o əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 16 Oktyabr 2025 04:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















