Icma.az
close
up
RU
Müdafiə naziri: “Ramştayn” formatında keçirilən son iclasda Ukraynanın tərəfdaşları yüz milyonlarla dollarlıq müdafiə dəstəyi elan ediblər

Müdafiə naziri: “Ramştayn” formatında keçirilən son iclasda Ukraynanın tərəfdaşları yüz milyonlarla dollarlıq müdafiə dəstəyi elan ediblər

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Kiyev, 16 oktyabr, AZƏRTAC

Ukraynanın tərəfdaş ölkələri “Ramştayn” formatında keçirilən son iclas zamanı yüz milyonlarla ABŞ dolları məbləğində müdafiə dəstəyi paketini elan ediblər. Bu vəsaitlərin bir hissəsi yerli silahların alınmasına yönəldiləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal “Telegram” hesabında məlumat yayıb.

Nazirin sözlərinə görə, “Ramştayn” formatlı görüşdə PURL təşəbbüsünə azı 422 milyon ABŞ dolları məbləğində yeni ianələrin ayrılması barədə razılıq əldə olunub. Bununla da NATO üzvü olan ölkələrin yarıdan çoxu artıq PURL təşəbbüsünə ianə edib və ya öhdəlik götürüb.

Ukrayna müdafiə sənayesindən alınacaq məhsullar üçün yeni ianələrin ümumi məbləği 715 milyon ABŞ dollarından çoxdur. Belə ki, Norveç 600 milyon dollar dəyərində pilotsuz uçuş aparatları, radioelektron mübarizə sistemləri və partlayıcı maddələr, Niderland 106 milyon dollar dəyərində zərbə və kəşfiyyat dronları, Kanada 8 milyon dollar məbləğində kəşfiyyat dronları alacaq, İslandiya isə “Danimarka modeli” çərçivəsində 4 milyon dollar ayırıb.

Bundan əlavə, “Ramştayn” görüşündə aşağıdakı hərbi yardım paketləri üzrə razılıq əldə olunub: İsveç 2026–2027-ci illər üçün Ukraynaya təhlükəsizlik sahəsində 8 milyard dollarlıq yardım göstərəcək, Çexiya 72 milyon dollarlıq yeni yardım paketi təqdim edəcək, Kanada 20 milyon dollar dəyərində qış avadanlığı və raket hissələri alacaq, Portuqaliya Ukrayna üçün yaradılmış Britaniya Silah Alış Fonduna (IFU) 12 milyon dollar ayıracaq, Finlandiya isə 13-cü hərbi yardım paketini hazırlayır.

“Böyük Britaniyanın müdafiə naziri Con Hiliyə və Almaniyanın müdafiə naziri Boris Pistoriusa “Ramştayn” formatlı görüşlərin təşkili, dəstəyi və inkişafına verdikləri töhfəyə görə təşəkkürümü bildirirəm. NATO-nun Baş katibi Mark Rütteyə, ABŞ-ın müdafiə naziri Pit Heqsetə və “Ramştayn” formatında iştirak edən bütün ölkələrə insan həyatlarını xilas etməyə və dayanıqlı sülhün yaxınlaşdırılmasına verdikləri töhfəyə görə səmimi minnətdarlığımı ifadə edirəm”, – deyə Denis Şmıqal vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Şmıqal bildirib ki, son “Ramştayn” iclası zamanı bir sıra tərəfdaş ölkələr Ukrayna üçün ABŞ istehsalı silahların alınmasını nəzərdə tutan PURL proqramına yeni ianələr ediləcəyini bəyan ediblər.

Ukraynanın müdafiə naziri əlavə edib ki, “Ramştayn” formatında keçirilən görüşdə Ukrayna və ABŞ bütün növ uzaqmənzilli raketləri müzakirə ediblər. Bu silahlar əldə olunduqdan sonra Rusiyadakı hədəflərə qarşı “Deep Strike” (dərin zərbə) əməliyyatlarında birgə tətbiq olunacaq.

Həmçinin bildirilib ki, Almaniya “Ramştayn” formatında keçirilən 31-ci iclasın nəticələrinə əsasən, digər hərbi yardımlarla yanaşı, Ukraynada uzaqmənzilli pilotsuz uçuş aparatlarının istehsalına 400 milyon avro ayıracaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri