Icma.az
close
up
RU
“Dronlar divarı” yaradılır

“Dronlar divarı” yaradılır

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

“Ramştayn” formatının 31-ci toplantısında vacib qərarlar qəbul olunub

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (“Ramştayn” formatı) son- 31-ci toplantısında Kiyevə müttəfiqləri tərəfindən dəstəklə bağlı yeni qərarlar qəbul edilib. Toplantıda bu ölkədə “Dronlar divarı”nın yaradılması, konkret olaraq daha çox pilotsuz uçuş aparatları istehsalı və s. məsələlər müzakirə olunub.

PURL təşəbbüsü nədir?

NATO-nun Baş katibi Mark Rutte görüşdən sonra bəyan edib ki, alyansa üzv ölkələrin yarıdan çoxu ABŞ-dan Ukrayna üçün silah alınmasını nəzərdə tutan Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısı (Prioritized Ukraine Requirements List, PURL) proqramına qoşulmağa hazır olduqlarını bildiriblər: “Yalnız ABŞ-ın verə biləcəyi silah növləri var və onların alternativi yoxdur. Bu, PURL təşəbbüsü deyilən təşəbbüsdür. Biz iclasa başlayanda altı NATO ölkəsi bu təşəbbüsdə iştirak edirdi, lakin görüşdən sonra alyans ölkələrinin yarıdan çoxu ona qoşulmağa hazırdır”. O qeyd edib ki, ümumilikdə 19 NATO ölkəsi ABŞ-dan və ya ikitərəfli qaydada alınan yeni silahları Ukraynaya tədarük etmək niyyətini vurğulayıb.

Ukraynanın müdafiə naziri Denis Şmıqal da “Ramştayn” formatında Ukraynanın müdafiəsi məsələlərinə dair Təmas Qrupunun 31-ci iclasında tərəfdaşlar qarşısında çıxışında səslənən prioritetləri açıqlayıb. Müdafiə naziri bəyan edib ki, tərəfdaşlar qarşısında çıxışı zamanı o, üç əsas prioritet üzərində dayanıb. Bu, PURL təşəbbüsü - Amerika istehsalı təchizatın məqsədyönlü maliyyələşdirmə vasitəsilə Ukraynanı kritik ehtiyac duyulan silahlarla təmin etməyə imkan verən ABŞ-NATO təşəbbüsüdür:  “Biz təşəkkür edirik və yeni dövlətlərin qoşulmasını alqışlayırıq. Bu il üçün PURL hərəkət planı tam şəkildə həyata keçirilməlidir. Biz vaxtında çatdırılmaların təmin edilməsi üçün davamlı koordinasiyaya və maliyyələşdirməyə güvənirik. Gələn il PURL ehtiyacları 12 milyard dollardan 20 milyard dollara çatacaq”.

2026-cı ilə qədər 20 milyon dron istehsalı...

Onun sözlərinə görə, Ukrayna 2026-cı ilə qədər 20 milyon dron istehsal edə bilər. Bu planın tərəfdaşlardan əlavə maliyyə cəlb etməsi ilə reallaşması mümkündür. Nazir, həmçinin bildirib ki, Almaniya ilə müdafiə sahəsində əməkdaşlıq və Ukrayna briqadalarının Polşada təlimi ilə bağlı mühüm memorandumlar imzalanıb. Bundan əlavə, “Ramştayn” formatı çərçivəsində Nordiç-Baltikyanı təlim təşəbbüsü üzrə anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, ölkələr Kiyevə hərbi kadrların hazırlanmasında və bölmələrin komplektləşdirilməsində dəstək verəcəklər ki, bu da NATO-nun müasir standartlarına cavab verən briqadaların formalaşdırılmasına imkan verəcək. “Toplantıda digər mühüm məqam Nordiç-Baltik Təşəbbüsü haqqında memorandumun imzalanmasıdır. Bu təşəbbüs Ukraynanın müdafiə qabiliyyətini gücləndirəcək və ədalətli sülhün yaxınlaşmasına kömək edəcək”, - deyə Şmıqal söyləyib. Qeyd edək ki, qarşı tərəfdən sazişi Norveçin müdafiə naziri Tore Sandvik imzalayıb. Təşəbbüsə Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç, Polşa və İsveç də qoşulub.

Pentaqon rəhbərindən xəbərdarlıq

Pentaqon rəhbəri Pit Heqset isə toplantıda ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında və avropalı müttəfiqləri ilə birlikdə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün hər cür səy göstəriləcəyini bəyan edib. “Münaqişə qısa müddətdə bitməsə, ABŞ tərəfdaşları ilə birlikdə Rusiyanın davamlı təcavüzünün bədəlini ödəməsi üçün lazımi tədbirlər görəcək”, - deyə Heqset vurğulayıb. O bildirib ki, Tramp sülhün uzaq göründüyü ən çətin vəziyyətlərdə belə sülh üçün imkanlar yaratmağa qadirdir.

Xatırladaq ki, dünyanın onlarla ölkəsinin iştirak etdiyi “Ramştayn” platforması Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun müntəzəm görüşlərinin adıdır. İlk görüş 2022-ci ildə Almaniyada yerləşən ABŞ-ın “Ramştayn” hərbi bazasında keçirilib və adını da oradan alıb. Bu iclasların məqsədi Ukraynaya Rusiyaya qarşı müharibədə hərbi yardımın koordinasiyası, müdafiə ehtiyaclarının müzakirəsi, silah tədarükü, hərbçilərin təlimi və uzunmüddətli dəstəklə bağlı məsələlərin həllidir. “Ramştayn” iştirakçıları NATO ölkələri, Avropa İttifaqı dövlətləri və Ukraynanın digər tərəfdaşlarıdır. Bu görüşlər tanklar, hava hücumundan müdafiə sistemləri, artilleriya və digər silah növlərinin verilməsi ilə bağlı qərarların qəbul olunduğu əsas platformaya çevrilib.

N.BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Oktyabr 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri