Ukraynanın Sumı vilayətində əhalinin təxliyəsi davam edir
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukraynanın Sumı vilayətində əhalisi təxliyə edilən yaşayış məntəqələrinin sayı artırılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Sumı Polis İdarəsinin rəisi Vladimir Artyux müvafiq qərarın regional Müdafiə Şurasının iclasında qəbul olunduğunu bildirib. "Müdafiə Şurasının son iclasında əhalisi təxliyə edilməli olan yaşayış məntəqələrinin sayını artırmaq qərarına gəldik. Bunlar Rusiya ilə sərhəddən 17 kilometr məsafədə yerləşən və intensiv atəşə tutula bilən məntəqələrdir", - deyə Artyux vurğulayıb.
O deyib ki, ümumilikdə Sumı vilayətinin 199 yaşayış məntəqəsi təxliyə planına daxil edilib. Rusiya ilə sərhəddən 5 kilometr məsafədə yerləşən yaşayış məntəqələrinin əhalisi demək olar ki, tamamilə təxliyə edilib. 49 yaşayış məntəqəsi isə Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyinin nəzarətinə verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 11 Aprel 2025 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















