Icma.az
close
up
RU
Ukraynanın taleyi niyə Ukraynasız həll edilir? Avropa təhlükədə

Ukraynanın taleyi niyə Ukraynasız həll edilir? Avropa təhlükədə

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında birbaşa danışıqlar, Ukrayna məsələsinin həllində mühüm mərhələni təşkil edə bilər.

Bəs bu proses necə inkişaf edəcək? Avropa İttifaqı, Böyük Britaniya, Çin öz maraqları və ambisiyaları ilə bu məsələyə müdaxilə edə bilərmi?

Baku TV-də yayımlanan "Hərbi Xronika" rubrikasında jurnalist Fərdin İsazadə bu suallara aydınlıq gətirib.

Rusiya və ABŞ liderləri arasında keçirilən son telefon danışığının geniş müzakirələrə səbəb olduğunu deyən hərbi jurnalist bildirib ki, bu, Avropada iki güclü dövlətin yaxınlaşması və nəticədə Ukraynanın mövqeyinin yenidən qiymətləndirilməsi təhlükəsi kimi narahatlıq doğurub.

Fərdin İsazadə qeyd edib ki, V.Putin və D.Tramp arasındakı birbaşa danışıqlar daha geniş qlobal razılaşmanın bir hissəsi ola bilər:

"Çox güman ki, Ukraynadan NATO-ya üzvlüklə bağlı güzəştlər tələb ediləcək. Rusiya isə Krım da daxil olmaqla əldə etdiyi ərazilərdə nəzarəti özündə saxlayacaq. Bu isə artıq yeni dünya nizamının yaranması deməkdir. Ancaq belə bir ssenari Avropanın təhlükəsizliyi üçün də ciddi risklər yaradır. Almaniya, Fransa və Böyük Britaniya kimi ölkələr Avropada aparıcı rolunu və təhlükəsizliyi təmin etmək məqsədilə mübarizəyə davam edəcəklər. Xüsusilə Böyük Britaniya özünün tarixi və geosiyasi maraqları çərçivəsində Ukrayna üçün maksimum mümkün təhlükəsizlik və müstəqillik zəmanətlərinə nail olmağa çalışacaq".

Hərbi jurnalist əlavə edib ki, sözügedən ölkələr prosesi seyr edərkən Çin artıq sülhməramlı rolunda V.Putin və D.Tramp arasında danışıqlar üçün öz ərazisini təklif edib və oyuna daxil olub:

"Görüşün Çində və ya başqa yerdə keçirilməsinin heç bir əhəmiyyəti yoxdur. Çünki bu təklifin arxasında Ukrayna münaqişəsinin həllinə yardım etmək istəyindən daha çox, Çinin qlobal proseslərdə fəal iştirak etmək iddiası durur. Bu ölkənin iqtisadi gücü və qlobal səhnədə artan siyasi təsiri Pekinə sözügedən fürsətdən istifadə edərək maraq dairəsində olan bölgələrdə öz mövqelərini gücləndirmək imkanı verir, xüsusən Tayvan, Cənubi Çin dənizi, Aksay Çin, Tibet və Sincan kimi strateji ərazilərdə".

Ukraynanın taleyi niyə Ukraynasız həll edilir? - Avropa təhlükədə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Fevral 2025 22:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri